İşçilərin nahar və işçinin avia bilet xərci gəlirdən çıxılan xərclərə aid edilir?

İşçilərin nahar və işçinin avia bilet xərci gəlirdən çıxılan xərclərə aid edilir?

Sual: Təşkilat ketring şirkəti ilə müqavilə bağlayıb, öz işçilərini nahar yeməyi ilə təmin edir. Bu yemək xərcləri işçilərin gəlirinə daxildirmi? Gəlir vergisi tutulmalıdirmi və ya VM-nin 98.5-ci maddəsinə əsasən vergi tutulan gəlirə aid deyilmi? Bundan əlavə, təşkilat xarici işçilərinə əmək müqaviləsinə əsasən iş yerinə gəlmək üçün gediş-gəliş aviabiletləri alır. Bu xərcdən işçidən gəlir vergisi tutulurmu və neçənci maddəyə əsasən?
Nərminə Nəcəfqulubəyova Vəli, [email protected] (20.06.2018)

1 və 2. Cavab: Bildiririk ki, işə götürən tərəfindən yemək xərclərin çəkilməsinin nəticəsi kimi, yəni bilavasitə qida formasında əldə edilən gəlir işçinin vergi tutulan gəlirinə aid edilmir.
Eyni zamanda, təşkilatın xarici vətəndaş olan işçisinə gediş - gəliş üçün (ezamiyyə ilə bağlı gediş-gəliş üçün çəkilən xərclər istisna olmaqla) aldığı aviabiletlərin dəyəri muzdlu işlə əlaqədar alınan gəlir hesab olunur və ümumi qaydada vergiyə cəlb olunur.

Bax: Vergi Məcəlləsinin 98.1-ci, 98.2-ci, 98.4-ci, 98.5-ci və <101.1- ci> maddəsi.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər