Cümə axşamı, 24 May 2018 09:40

Qaraja görə əmlak vergisi hesablanmalıdır?

Sual: Mənə məxsus fərdi yaşayış evinin 1-ci mərtəbəsi boşluqdu, burada yaşayış nəzərdə tutulmamışdır hündürlüyü yasayış sahəsinin normasından kiçikdir bu sahədə avtomobil saxlanması nəzərdə tutulub.Yerli İcra hakimiyyətinin eskiz lahiyəsinə əsasında mənə məxsus fərdi yaşayış evinin texniki pasportu hazırlanarkən dövlət reyestrində qeydiyyatı aparılmış və evin 1-ci mərtəbəsi ümumi sahəsi 132 kv.m qaraj kimi göstərilmişdir. Vergi Məcəlləsinə əsasən qaraj sahəsinə əmlak vergisi hesablanmalıdırmı?Hüseynov Sadıq Hüseyn, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Ağstafa (23.05.2018) (Oxunub: 36 dəfə, ID: 17040)

Cavab: Bildiririk ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalar və ya onların hissələri əmlak vergisinin vergitutma obyektini təşkil edirlər.
İnsanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti bina anlayışı ilə əhatə olunur.

Bu baxımdan da qaraj da əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Bax: Vergi Məcəlləsinin 13.2.54-cü və 197.1.1-ci maddələri.

2 şərhlər

  • Şərh bağlantısı Ramin Fazil oglu Allahverenov Cümə, 25 May 2018 15:35 tərəfindən təqdim olunub Ramin Fazil oglu Allahverenov

    15.05.18 ci il tarixde menim 14 sayli erazi vergiler idaresine unvanladigim mektubda qaraj sahesini 131.4 kv.m-den deyisdirerek 132 kv.m qeyd ederek,mektubun qalan hissesini deyismeden diger adla qeyd etmeniz duzgun deyil.Mektubu ne zaman istesiniz teqdim ede bilerem.Mektubu gonderen Allahverenov Ramin Fazil oglu , unvan Qazax seheri.

Şərh yazın