Cümə axşamı, 10 May 2018 05:31

Vergilər Nazirliyinə ƏDV-lə bağlı maraqlı sual

Sual: Müəssisə həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad olunan əməliyyatlar aparır. Əgər müəssisə hər iki sahənin uçotunu ayrı-ayrılıqda aparırsa ədv-yə cəlb olunan əməliyyatlara görə əldə etdiyi VHF-ları tam əvəzləşdirə bilər. Xahiş edirəm bu haqqda ətraflı izah və istinad verəsiz.

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.

Bax: Vergi Məcəlləsinin 175-ci maddəsi.

 

1 Şərh

  • Şərh bağlantısı Gunay Çərşənbə, 20 May 2020 21:55 tərəfindən təqdim olunub Gunay

    Maqazinden etdiyim alış veriş çekinde fiskal kodu yoxdursa mene elave deyer vergisi nece qaytarılacaq?

Şərh yazın