Bazar ertəsi, 30 Aprel 2018 06:19

Vergilər Nazirliyi hansı halda xidmət yox,əmək müqaviləsi imzalanmasına aydınlıq gətirdi

Sual: Salam. Çox sağ olun bizə yardım etdiyiniz üçün. Mən sizin daimi oxucunuzam. Mən 15.03.2018 tarixində vergi "Sual-cavab" bölümündə cavabları oxuduqdan sonra sabit vergi ödəyicisi oldum. Amma 20.04.2018 il yenidən belə bir suala rast gedlim. İndi belə çıxır mən sabit vergi ödəyicisi ola bilmərəm? 
Mən bir restoranda fərdi qaydada müqavilə ilə aşpaz işləmək istəyirəm. Fərdi VÖEN var. Bilmək istərdim ki, mən sabit vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərəmmi? Qanunda yazılır - fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər aiddir. 
Bildiririk ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin sabit verginin ödəyicisi kimi fəaliyyət göstərməsi həmin şəxslərə verilən hüquq deyil, məcburi xarakter daşıyan vəzifədir. 
Bu baxımdan da Siz fəaliyyətinizi həyata keçirməyə başlayanadək, könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalısınız. 
Bax: Vergi Məcəlləsinin 16.1.7-1-ci və 218.4-cü maddəsi. 
Samir, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 
Salam. 1. Ofisiant xidməti kimi restoranlarda fəaliyyət sabit vergi ödəyicisi ola bilərmi? Qanunda qeyd edilir aşpaz, gözətçi və digər analoji işlər. Analoji iş buna aiddirmi? 2. Sabit vergi ödəyicisi DSMF ödəniş edirmi və nə qədər? 3. Rüblük hesabatlar təqdim edirmi? (vergi, DSMF, Statistika). 
1. Cavab: Bildiririk ki, sözügedən maddədə fərdi yaşayış evlərində və mənzillərdə müəyyən işlər görən fiziki şəxslər sadalanır. Ofisiant müştərilərə xidmət göstərən Ictimai iaşə obyektinin işçisi olduğundan həmin maddənin hazırki redaksiyası ofisiantlara şamil edilmir. Bax: Vergi Məcəlləsinin 220.10-cu maddəsi. 
2 və 3. Cavab: Bildiririk ki, sabit verginin ödəyiciləri vergi orqanına bəyannamə təqdim etmir.

Nadir, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı (27.04.2018) 

Cavab: Bildiririk ki, 15.03.2018-ci mart tarixində verilən cavabda (İD: 16794) yol verilən anlaşılmazlığın aradan qaldırılması və vergi qanunvericiliyinin müddəalarının dəqiqləşdirməsi məqsədi ilə bildiririk ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alınmalıdır. Bu tələb həmin fəaliyyətlə muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan vergi ödəyicilərini əhatə edir.

Mülki hüquqi müqavilə əsasında digər vergi ödəyicilərinə məxsus İctimai iaşə obyektində qeyri-müntəzəm olaraq aşpaz xidmətlərinin göstərilməsi isə 220.1-ci maddəsində qeyd edilən qaydada sadələşdirilmiş vergiyə cəlb olunmalıdır.

Bununla belə, xüsusi olaraq vurğulamaq istərdik ki, gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi artıq əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Belə şəxslər muzdli işçi hesab olunmaqla həmin şəxslərdən verginin tutulması və büdcəyə ödənilməsi onlarla əmək müqviləsini bağlamış işəgötürən şəxslər təfərindən həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 220.10-cu maddəsi.

 

-----------------------------------------------------------------------------------------

Vergi qanunvericiliyinə aid yeni qanunvericilik və şərhlər toplusu satışa çıxıb

 www.mks.az saytı mühasiblər, insan resursları mütəxəssisləri, hüquqşünaslar, vergi əməkdaşları üçün nəşrlər silsiləsindən növbəti nəşrini satışa buraxıb. “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Həmişə praktiki vəsaitlərinin orijinallığı və nəşrlər sahəsində yeniliklərlə oxucuları təəccübləndirməyə davam edən www.mks.az bu dəfə də ənənəsinə sadiq qalıb.

Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Şərh bölmələri seçilərkən, xüsusilə ziddiyyətli, qanunvericilikdə dəqiq ifadə edilməməsi səbəbindən praktikada müxtəlif cür yozulmalara imkan yaradan müddəalar əsas meyar kimi götürülüb. Ümid edirik ki, bu fəsillərə saytın ekspertlərinin şərhləri ilə yanaşı, rəsmi mövqenin də yerləşdirilməsi oxuculara düzgün nəticə çıxarmağa imkan verəcək.

Kitabın üzərinə vergi qanunvericiliyi bazasına malik, xüsusi proqram təminatlı, axtarış rejimli disk yerləşdirilib ki, bu da istənilən normativ hüquqi aktda lazımı söz, söz birləşməsi və cümlənin asan və tez tapılmasına şərait yaradır. Diskin texniki imkanları nəzərə alınaraq, ora kitabla müqayisədə daha çox normativ hüquqi akt yerləşdirilib.

Həmişəki kimi ünvana ödənişsiz çatdırma və daimi müştərilərimizə qiymət endirimi nəzərdə tutulub.

Sifarişlər (012) 564 86 85 və (050) 368 12 72 nömrəli telefonlarla qəbul olunur.

Şərh yazın