AKTUAL MƏLUMAT! Mikro sahibkarlıq subyektlərində orta aylıq muzdlu işçi sayı məsələsində hansı fərqli məqamlar var? (4 vacib məqam)

AKTUAL MƏLUMAT! Mikro sahibkarlıq subyektlərində orta aylıq muzdlu işçi sayı məsələsində hansı fərqli məqamlar var? (4 vacib məqam)

Satışı yekunlaşmaqda olan "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Mikro sahibkarlıq subyekti üzrə güzəştlərin tətbiq olunması üçün Vergi Məcəlləsinin 102.1.30-cü maddəsində iki şərtin mövcudluğu haqqında məlumat verdik. Öncə müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan vergi ödəyicisi ilə bağlı vacib məqamları nəzərdən keçirəcək.
Birinci məqam fərdi sahibkarın özünün 3 nəfər işçi sayına aid edilib-edilməməsidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə həm işəgötürən, həm də işçinin tərifi verilib. Maddənin ikinci hissəsinə əsasən, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 
Həmin maddənin 3-cü hissəsində isə işəgötürən anlayışına aydınlıq gətirilib:  İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
Fərdi sahibkar  “işəgötürən” anlayışına uyğun gəldiyi üçün onu tələb olunan 3 nəfər işçi siyahısına aid edə bilmərik.
İkinci məqam orta aylıq muzdlu işçi sayınin müəyyənləşdirilməsi ilə bağlıdır.  Maddədə qeyd edilir ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. 
Mİsal. İşəgötürən ilin müxtəlif aylarında müxtəlif sayda işçi (1, 2, 3, 4 və 5) işlədib. Bəzi aylarda işçilərin sayı 3-dən az olsa da, nəticədə il ərzində işçilərin sayı 36 və ya 36-dan çoxdursa, o zaman mikro sahibkarlıq subyekti olan fərdi sahibkar üçün 75 faiz güzəşt tətbiq ediləcək. Çünki il ərzində çalışan işçilərin sayını (36 və ya daha çox) 12-yə böldükdə, alınan rəqəm 3 və daha çox olacaq.
Üçüncü məqam işçilərin tam, yoxsa natamam iş vaxtı çalışması ilə bağlıdır. Vergi Məcəlləsinin 102.1.30-cü maddəsində sadəcə “işçi” anlayışından istifadə edilib, tam və ya natamam iş vaxtı anlayışı qeyd olunmayıb. Bundan əlavə, sosial və ya qismən ödənişli sosial məzuniyyətdə olan işçi də  orta aylıq muzdlu işçi sayına daxil edilməlidir.
Mİsal. 2023-cü ilin hər ayında 3 işçi olsa da, həmin işçilərin biri tam, digər ikisi natamam iş qrafiki (“yarım ştat”) ilə çalışıb. Natamam iş vaxtı ilə çalışan işçilərin əmək haqları ölkə üzrə minimum əmək haqqından aşağı olub. Təbii ki, işçilərin əmək haqlarının minimum əmək haqqıdan aşağı olması halında vergi orqanından kameral uyğunsuzluq məktubu gəlməsi mümkündür. Amma işçilərin natamam iş vaxtı ilə çalışması halı mikro sahibkarlıq subyekti üçün 75 faizlik güzəşt tələbinə uyğun hesab edilir.

Dördüncü məqam ilin müəyyən hissəsində fəaliyyətə başlayanlar üçün orta aylıq muzdlu işçi sayının necə hesablanması ilə bağlıdır. 
Mİsal. Vergi ödəyicisi 2023-cü ilin iyul ayında fəaliyyətə başlayıb. İyul ayından dekabr ayının sonuna kimi hər ay işçi sayı 3 olub. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd edilir ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Maddənin tələblərinə əsasən, orta muzdlu işçi sayı 1,5 ((3 işçi x 6 ay) /12) işçi olacaq ki, bu da güzəştin tətbiq olunması üçün müəyyənləşdirilən tələbə uyğun deyil. 
Maddənin tələbləri baxımından yanaşsaq, vergi orqanının vergi ödəyicisinə 75 faizlik güzəşt tətbiq etməməsi başadüşüləndir. Amma mümkündür ki, vergi ödəyicisini təqdim etdiyi sənədlər və apardığı əməliyyatların xüsusiyyətinə görə ona 75 fazilik güzəştin tətbiq edilməsinə baxılsın. Bəzi hallarda mümkündür ki, hər hansı mikro sahibkarlıq subyekti ilin son aylarında 3 işçi ilə fəaliyyətə başlayaraq yüksək dövriyyə yaratmaqla 75 faizlik güzəştdən yararlanmaq istəsin. Ancaq o da mümkündür ki, vergi orqanı maddənin tələblərinə uyğun olaraq, ona 75 faizlik güzəşt hüququndan yararlanmaq imkanı yaratmasın. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər