Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasının MİSALLA İZAHI

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasının MİSALLA İZAHI

7 fevral 2026-cı il tarixdə keçirilən “Əmək Məcəlləsi, xəstəlik vərəqəsinə hesablanan müavinət və ƏMAS altsistemi: yeniliklər və son dəyişikliklər” mövzusunda keçirilən tematik təlim keçirilib. Növbəti tematik təlimlərdə iştirak və öncəki təlimlərin videolarını əldə etmək üçün 050-368-12-72 saylı ( what's app da aktivdir) telefonla əlaqə saxlamağınız kifayətdir

Xəbər verdiyimiz kimi,  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 30 yanvar 2026-cı il tarixli, 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilib. Qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə sığortaolunan üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dörd misli əsasında müəyyən edilir (bundan sonra – qazanc).

Qaydanın yeni redaksiyasının tələblərinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı düstur əsasında hesablanır:

MM = TGS × OQM

Burada:

MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği;

TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı;

OQM – bir təqvim gününə düşən orta qazanc məbləğidir.

Mİsal. İşçi 5 mart tarixindən etibarən 10 təqvim günü müddətində əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşçinin əmək qabiliyyətinin müvəqqəti itirildiyi tarixdən əvvəlki son 4 rüb (2025-ci ilin I–IV rübləri üzrə) məcburi dövlət sosial sığorta ayırmaları üzrə hesablanmış və ödənilmiş məbləğ 3 000 manat təşkil edir.

Mövcud qaydalara əsasən, orta gündəlik qazancın hesablanması üçün göstərilən məbləğin 4 misli müəyyən edilir: 3 000 manat × 4 = 12 000 manat

Sonra əvvəlki 4 rüb üzrə təqvim günlərinin sayı müəyyən edilir: 365 gün

Bir təqvim gününə düşən orta qazanc aşağıdakı kimi hesablanır: 12 000 manat / 365 gün = 32,876 manat

Nəticədə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği belə hesablanır: 32,876 manat × 10 gün = 328,76 manat

Beləliklə,  İşəgötürən tərəfindən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 328,76 manat məbləğində müavinət ödəniləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər