Sonuncu əmək haqqının məzuniyyət haqqı ilə müqayisəsi təhsil, “atalıq” və digər məzuniyyətlərə aid ediləcək?
Növbəti onlayn tematik təlim 7 fevral 2026-cı il (şənbə), saat 10:00-da “Əmək Məcəlləsində dəyişikliklərin tətbiqi: yanlış anlaşılmalar və ƏMAS altsistemində yeniliklər” mövzusunda keçiriləcək. Təlimdə Əmək Məcəlləsində dəyişikliklər, ƏMAS altsistemində yeniliklərlə yanaşı xəstəlik vərəqəsi üzrə müavinətin hesablanmasının yeni qaydası ilə bağlı məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) və mksacademy2022@gmail.com vasitəsilə əlaqə saxlamaq kifayətdir.
Həmkarlarımızdan daxil olan suallardan biri də məzuniyyət zamanı sonuncu əmək haqqının müqayisəsinin təhsil, yaradıcılıq və digər məzuniyyət növlərinə şamil olunub-olunmaması ilə bağlıdır.
Əmək Məcəlləsinin 111-ci maddəsi məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarını tənzimləyir. Maddədə adında “əmək məzuniyyəti” ifadəsindən istifadə edilmədiyi üçün prinsiplə digər məzuniyyət növlərinə də tətbiq edilə bilər. Lakin burada bir vacib məqamı nəzərə almaq lazımdır: Əmək Məcəlləsinin 111-ci maddəsində qeyd edilir ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin, bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılır.
Bildiyimiz kimi, sosial məzuniyyətin hesablanması Əmək Məcəlləsi ilə yox, Nazirlər Kabinetinin 189 saylı “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən müəyyən edilir. Ödənişsiz məzuniyyət zamanı isə orta əmək haqqının saxlanması halı nəzərdə tutulmayıb.
Beləliklə, məzuniyyət dövründə məzuniyyət üzrə hesablanan orta əmək haqqının sonuncu əmək haqqı ilə müqayisəsi aşağıdakı məzuniyyət növləri zamanı nəzərə alınmalıdır:
- Əmək məzuniyyəti;
- Təhsil məzuniyyəti;
- Yaradıcılıq məzuniyyəti;
- Atalıq məzuniyyəti.
Bir məsələni də xatırlatmaq lazımdır ki, yalnız əmək məzuniyyəti zamanı son 12 ayın gəlirləri əsasında orta əmək haqqı hesablanır. Təhsil, yaradıcılıq və atalıq məzuniyyəti zamanı isə hesablamalar Əmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, son 2 ayın gəlirləri əsasında müəyyən edilir.
Yaxın günlərdə dərc olunacaq “Əmək Məcəlləsi 2026” kitabında Əmək Məcəlləsində təsdiq edilən son dəyişikliklər, eləcə də Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi dəyişikliklər və xəstəlik vərəqəsi ilə bağlı yeniliklər ətraflı izah olunacaq. Kitabı sifariş etmək üçün 050-368-12-72 (WhatsApp aktivdir) və ya mksacademy2022@gmail.com ilə əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın