Rövşən Ağayevdən mikro sahibkarlıq subyektinin 75 faiz güzəşti ilə bağlı təklif edilən 3 nəfər işçi tələbinə etiraz

Rövşən Ağayevdən mikro sahibkarlıq subyektinin 75 faiz güzəşti ilə bağlı təklif edilən 3 nəfər işçi tələbinə etiraz

"Ortada beli qırılan elə mikrosahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi (1 nəfərlik) iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssiləri, tərcüməçilər, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtləif sahə ekspertləri."
 
Tanınmış iqtisadçı Rövşən Ağayev Vergi Məcəlləsinə təklif edən ildən mikro sabibkarlıq subyektləri üzrə güzəştlə bağlı sosial şəbəkədə status paylaşıb: "Dünən mikr0sahibkarların gəlir vergisinə tətbiq olunan 75%-lik güzəştin ləğv olunması ilə bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişikliklə bağlı ətraflı yazacağımı demişdim.
Deməli, məsələnin mahiyyəti budur: 2 ya 3 il əvvəl Məcəlləyə belə bir dəyişiklik (218.5.10-cu maddə) edildi ki, əgər sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) ximət edirsə, bu halda hətta dövriyyəsi etibarı ilə (illik 200 min manatdan aşağı) mikrosahibkar olsa belə, sadələşdirlmiş vergi ödəyici ola bilməz.
Bu halda həmin subyekt avtomatik 20%-lik gəlir vergisinin ödəcisi sayılır. Amma elə vaxt Məcəlləyə belə bir müddəa (102.1.30-cu maddə) əlavə edildi ki, qanunvericiliyə uyğun gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların əldə etdiyi gəlirinin 75 faizinə vergi güzəşti tətbiq olunur. Yəni 20%-lik vergi şkalası mikrosahibkarlar üçün 5%-ə endirlir.
İndi məhz həmin maddəyə belə bir dəyişiklik təklif edilir ki, əgər mikrosahibkarın 3 nəfər muzdlu işçisi yoxdursa, avtomatik gəlirləri 20%-lə vergiyə cəlb olunacaq.
Bu yanaşmada absurd olan çoxlu məqamlar var. Birinci absurd oldur ki, Nazirlər Kabinetinin 556 saylı (21.12.1918-cil) qərarı ilə təsdqilənən meyarlara görə, 1 nəfərdən ibarət sahibkarlıq subyekti də mikrosahibkar sayıldığı halda (illik gəlirin 200 min manatdan aşağı olması şərtilə), vergi orqanı 3 nəfər muzdlu işçi saxlayan sahibkara güzəşt verir, amma 1 və 2 nəfərdən ibarət olanı bu hüquqdan məhrum edir. Məntiqlə və adından görünüyü kimi mikrosahibkar kifayət qədər xırda (həm dövriyyə, həm də işçi qüvvəsi etibarı ilə) subyekt olamıdır. Sizin dediyiniz şərtlər bəlkə kiçik subyektlər üçün keçərli ola bilər.
İkinci absurd odur ki, dünyanın heç bir normal ölkəsində aşağı gəlirlli, çevik iş yeri yaradan, özünün və ailəsinin məşğulluğunu təmin edən mikrosahibkarları bu qədər ağır vergi yükü altında əzmirlər. Sosial ödənişləri də nəzərə alsaq, söhbət az qala 30%-lik vergi yükündən söhbət gedəcək - əgər bu dəyişiklik olacaqsa.
Üçüncü absurd oldur ki, neçə illərdir kiçik və orta sahibkarlığın təşviqindən, dövlət himayəsindən danışanlar neçə illərdir vergi yükünü artıra-artıra bu təbəqəni maksimum sıradan çıxarmaqla məşğuldurlar. Vergi sistemi mühasib hesablamaları ilə yox, makroiqtisadi siyasətin hesabları ilə qurulmalıdır, maraq qrupları ilə ciddi məsləhətləşmələr əsasında formalaşdırılmalıdır.
Hökumət bu güzəşti niyə ləğv edir?
Çox güman arqumentlərdən biri budur ki, iri dövriyyəsi olan sahiklarlar öz fəaliyyətlərini 3-5 işçisinin adına açdığı VÖEN-ə rəsmiləşdirərək 15%-lik göydəndüşmə güzəştdən 10 minlərlə vəsait qazana bilir. Bu realdırmı? Realdır, amma ağrıyan başı kəsmirlər, ağılla müalicə edirlər. Bəs yeni mexanizm bunun qarşısını alacaqmı? Çətin, çünki bunu əvvəl edən və bəhrəsini görənlər üçün 3 nəfər muzdlu işçidən ibarət 2-3 mikrosahibkar subyekti yaratmaq yenə də problem olmayacaq. Yəni onlar 5%-lik vergi güzəştindən yenə də bəhrələnəcklər.
Ortada beli qırılan elə mikrosahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi (1 nəfərlik) iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssiləri, tərcüməçilər, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtləif sahə ekspertləri. Yekə-yekə dövriyyəsi olan suyektlər yenə də yol tapıb döviyyələrini 3 nəfərlik işçilər arasında bölüşdürüb 3-5 VÖEN-lə 5%-lik güzəştdən bəhrələndiyi halda, sadaladığım şəxslər 20%-lik vergi yükü altına əziləcəklər.
Burda çıxış yolu varmı? Var. Qeyd elədiyim spesifik xidmətlər üzrə aylıq və illik dövriyyə müəyyən edilə və onlar işçi sayı əsas götürülmədən 5%-lik güzəştdən bəhrələnə bilər. Məsələn, aylıq, 3000 manat, rüblük 10 000 manat və ya illik 40 000 manat hədd müəyyən edilməsi mümkün çıxış yollarından biri ola bilər."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər