ƏDV ödəyicisi olmayan vergi ödəyicisi əvvəlki tarixə ƏDV ödəyicisi ola bilər?

ƏDV ödəyicisi olmayan vergi ödəyicisi əvvəlki tarixə ƏDV ödəyicisi ola bilər?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin bəlkə də ən mürəkkəb maddəsi 157.3.3-cü maddədir. Belə ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər istisna olmaqla, digər ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri əvvəlki 3 il ərzində istənilən vaxt ƏDV qeydiyyatına düşə bilər. 
Bu zaman hansı vacib məqamlar gözlənilməlidir?
Birincisi, müddət 3 ildən çox olmayan dövrü əhatə etməlidir. Yəni vergi ödəyicisi 3 ay və ya 6 ay, 1 il və ya 2 il və s. müddət üçün qeydiyyata alına bilər. Bu zaman vergi ödəyicisi qeydiyyatı qüvvəyə mindiyi tarixdən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir. 
İkincisi, Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir.
Üçüncüsü, vergi ödəyicisi öncəki dövrlər üçün əvəzləşdirmə həyata keçirməsi üçün, ödənişləri Vergi Məcəlləsinin əvəzləşdirilmə qaydalarına uyğun həyata keçirməlidir. Yəni mal və (və ya) iş (xidmətin) dəyərini bank hesabından ƏDV ödəyicisi olan vergi ödəyicisinin bank hesabına ödəməlidir. Həmçinin, həmin mal və (və ya) iş xidmətə görə hesablanan ƏDV məbləğini isə qarşı tərəfin ƏDV depozit hesabına ödəməlidir.
Dördüncüsü, vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üzrə bu maddənin məqsədləri üçün nəzərdə tutulan elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.  
Qeyd edək ki,1 yanvar 2020-ci il tarixdən ediən dəyişikliklərə əsasən, bu zaman vergi ödəyicisi elektron qaimə-fakturanın müvafiq formasından istifadə etməlidir:
İndi isə prosesi misalla izah edək.
Misal. Sadələşdirilmiş vergi ödəyicisi 6 ay öncəki dövr üçün ƏDV qeydiyyatına alınmaqla bağlı müraciət edir. Fərz edək ki, vergi ödəyicisinin həmin dövr üzrə 50 000 manat dövriyyəsi olub. Bu zaman vergi ödəyicisi qarşı tərəflərə həmin dövriyyə üzrə elektron qaimə-faktura təqdim edəcəyindən, dövriyyənin tərkibinə ƏDV məbləğini də daxil etməlidir. 
Yəni vergi ödəyisi elektron qaimə-fakturada malın dəyərini 50 000 manat yox, 42 372,88 manat qeyd edəcək. Çünki malın dəyərinə 7627.12 manat ƏDV (50 000  manat (dövriyyə) – 42 372,88 manat (malın ƏDV-siz dəyəri)) hesablamalıdır. Dövriyyədən ƏDV-siz malın dəyərini hesablamaq üçün ümumi dövriyyəni 1,18-ə bölmək lazımdır. Misalımızda dövriyyə 50000 manat olduğu üçün  malın dəyəri də 42 372,88 manat (50 000 manat (dövriyyə)/1.18) təşkil edəcək. Təbii ki, dövriyyədən malın dəyərini çıxmaqla və ya malın dəyərini 18 faizə vurmaqla hesablanmış ƏDV məbləğini tapmaq mümkündür.
Vergi ödəyicisinin əvvəlki 6 aylıq dövriyyə üzrə dəqiqləşdirilmiş bəyannamə verməsinə ehtiyac yoxdur, elə birinci bəyannamədə əvvəlki 6 aya düşən ƏDV-siz dövriyyəni 42 372,88 manat qeyd etməsi yetərlidir. Bu halda əməliyyat həmin ay ərzində baş vermiş hesab olunur. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər