Notariat hərəkətlərinin aparılmasına görə hansı hallarda dövlət rüsumu ÖDƏNİLMİR?

Notariat hərəkətlərinin aparılmasına görə hansı hallarda dövlət rüsumu ÖDƏNİLMİR?

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanuna əsasən,  Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ÖDƏNİLMİR:
•    doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
•    təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə —təminatlı kreditor və əmlak inzibatçısı;
•    mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə — birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və məcburi köçkünlər;
•    Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notarial hərəkətləri üzrə — ≪Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında≫ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;
•    pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər