ƏLA TƏKLİF! Əmək Məcəlləsində Məsafədən (Distant) İş: Yeni Anlayış və Şərtlər (5-ci yazı)
“MKS Academy” olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə dair silsilə yazılarımızı təqdim etməyə davam edirik.
“Növbəti tematik təlimimiz 13 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. Təlimin mövzusu: “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi”. Təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatında olacaq və saat 14:00–18:00 aralığında keçiriləcək. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi ilə və ya mksacademy2022@gmail.com elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Xatırladaq ki, Əmək Məcəlləsinə geniş həcmli dəyişiklik paketi artıq Milli Məclisdə müzakirəyə çıxarılıb. “MKS Academy” olaraq həmin dəyişikliklərin izahına dair yazılarımızı təqdim etməyə davam edirik.
Beşinci yazımız dövrün aktual məsələsi olan məsafədən (distant) iş mövzusuna həsr olunub. Əmək Məcəlləsinin 3-cü maddəsinə, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” bölməsinə distant işlə bağlı yeni bənd əlavə edilməsi təklif olunur:
9-2. Məsafədən (distant) iş – əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi üçün münasib digər yerdə) yerinə yetirilməsidir.
Məlumat üçün bildiririk ki, Rusiya Əmək Məcəlləsində də distant işlə bağlı xüsusi maddə mövcuddur. Rusiya Əmək Məcəlləsinin 321-ci maddəsinə görə, əmək müqaviləsi və ya onun əlavə razılaşması ilə işçinin əmək funksiyası distant şəkildə aşağıdakı üç formada yerinə yetirilə bilər:
- Daimi olaraq – müqavilə müddəti boyunca;
- Müvəqqəti olaraq – müqavilədə və ya əlavə razılaşmada müəyyən edilmiş, ardıcıl olaraq 6 aydan çox olmayan müddət ərzində;
- Periodik olaraq – distant iş dövrləri ilə stasionar iş yerində çalışma dövrlərinin növbələşməsi.
Bəs, Azərbaycan Əmək Məcəlləsində distant işçilərlə əmək münasibətləri necə tənzimlənir?
Əmək Məcəlləsinin 55-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi vasitəsilə müəyyən edilir. Maddədən göründüyü kimi, distant işçi ilə bağlanacaq əmək müqaviləsində fərqli yanaşmalar – əmək şəraiti (məzuniyyət, iş vaxtı və s.), əməyin mühafizəsi, işçinin istifadə etdiyi internet və digər rabitə xərclərinin ödənilməsi və s. – öz əksini tapmalıdır.
Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklərin izahı” mövzusunda tematik təlimdə bu və digər dəyişikliklər barədə ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın