Əmək Məcəlləsində SƏTƏM üzrə mütəxəssislərin nüfuzunu artıracaq təklif (2-ci yazı)
“MKS Academy” olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin şərhinə dair silsilə yazıları təqdim edirik
“MKS Academy”nin təşkil etdiyi növbəti tematik təlim 13 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi” mövzusunda baş tutacaq təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatlarda həyata keçiriləcək. Təlim saat 14:00–18:00 aralığında keçiriləcək. İştirak üçün 050-368-12-72 (Whatsapp aktivdir) nömrəsi ilə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Xəbər verdiyimiz kimi, Əmək Məcəlləsinə böyük həcmli dəyişiklik paketi artıq Milli Məclisdə müzakirəyə çıxarılıb. “MKS Academy” olaraq bu dəyişikliklərin izahına dair silsilə yazıları təqdim etməkdə davam edirik.
Növbəti, yəni ikinci yazımız Əmək Məcəlləsinin 62-ci maddəsi – “İşçinin işdən kənar edilməsi” ilə bağlıdır.
Əmək Məcəlləsinin 62-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, işəgötürənin işçini işdən kənar etmə səlahiyyətləri genişləndirilir. Belə ki, maddəyə əlavə edilməsi təklif edilən “d” bəndinə əsasən, işçi müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdığı halda, işəgötürən onu işdən kənarlaşdıra biləcək.
Bu dəyişiklik SƏTƏM mütəxəssislərinin nüfuzunun artmasına əhəmiyyətli təsir göstərəcək. Çünki SƏTƏM mütəxəssisinin rəyi əsasında işəgötürən əməyin mühafizəsi üzrə təlimdə iştirak etməyən və ya biliyinin yoxlanılmasından yayınan işçini Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq işdən kənarlaşdırmaq hüququ əldə edəcək.
Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi” mövzusunda tematik təlimdə bütün bu dəyişikliklər barədə ətraflı məlumat təqdim olunacaq. Təlimdə iştirak üçün 050-368-12-72 nömrəsinə (Whatsapp aktivdir) və ya mksacademy2022@gmail.com ünvanına müraciət edə bilərsiniz.
%20(1).jpg)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın