İnqilabi Dəyişiklik! İşəgötürən işçinin ərizəsi olmadan onu əmək məzuniyyətinə göndərə biləcək? (3-cü yazı)
“MKS Academy” olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin şərhinə dair silsilə yazılarımızı təqdim etməkdə davam edirik.
“MKS Academy”nin təşkil etdiyi növbəti tematik təlim 13 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi” mövzusunda baş tutacaq təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatlarında olacaq. Təlim saat 14:00–18:00 aralığında keçiriləcək. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi ilə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Xəbər verdiyimiz kimi, Əmək Məcəlləsinə geniş həcmli dəyişiklik paketi artıq Milli Məclisdə müzakirəyə çıxarılıb. “MKS Academy” olaraq həmin dəyişikliklərin izahına dair silsilə yazılar təqdim etməkdə davam edirik.
Bu dəfəki – yəni üçüncü yazımız – Əmək Məcəlləsinin məzuniyyətlərin rəsmiləşdirilməsi ilə bağlı olan 138-ci maddəsinə, “Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması” adlı maddəyə həsr olunub.
Cari Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, işçinin məzuniyyətə göndərilməsi onun yalnız ərizəsi əsasında tənzimlənir. Təklif edilən dəyişiklik isə işi tamamilə fərqli müstəviyə keçirir. Belə ki, maddəyə əlavə kimi təklif edilən 2-1-ci bəndə əsasən, iİşəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilə biləcək.
Maddənin məzmunundan da göründüyü kimi, dəyişiklik təsdiq olunarsa, işəgötürən artıq işçi ərizə təqdim etmədiyi halda da onu məzuniyyətə göndərmək hüququ əldə edəcək.
Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi” mövzusunda tematik təlimdə bu və digər dəyişikliklər barədə ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
%20(1).jpg)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın