Gözlənilən Dəyişiklik! İşçi hansı sənədləri işə qəbul zamanı könüllü olaraq təqdim edəcək? (6-cı yazı)
“MKS Academy” olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə dair silsilə yazılarımızı təqdim etməyə davam edirik
“Növbəti tematik təlimimiz 13 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. Təlimin mövzusu: “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi”. Təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatında olacaq və saat 14:00–18:00 aralığında keçiriləcək. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi ilə və ya mksacademy2022@gmail.com elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.
“MKS Academy” tərəfindən keçirilən təlimlərdə işə qəbul zamanı təqdim olunan sənədlərin tam siyahısı hər zaman müzakirə mövzusu olub.
Əmək Məcəlləsinin 48-ci maddəsinin 6-cı bəndinə əsasən, əmək münasibətlərinə girən işçidən, aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan, həmçinin bu Məcəllədə nəzərdə tutulmamış və işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
Həmkarlarımız bildirirdilər ki, işçiyə əmək və əlavə məzuniyyətin müəyyən edilməsi, həmçinin əmək haqqından gəlir vergisi üzrə güzəştlərin tətbiqi zamanı təqdim edilməsi zəruri olan təsdiqedici sənədlər tələb oluna bilər.
Əmək Məcəlləsinin 48-ci maddəsinə əlavə ediləcək 5-1-ci bənddə qeyd olunur ki, işçinin əmək və sosial hüquqlarının təmin edilməsi və güzəştlərin tətbiqi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər – məsələn, himayəsində olan ailə üzvlərinin sayı, əlilliyi olan şəxslər, müharibə veteranı, məcburi köçkün statusu və s. – işçi tərəfindən könüllü olaraq təqdim edilə bilər.
Beləliklə, təklif edilən dəyişiklikdən göründüyü kimi, işçinin həmin sənədləri təqdim etməsi tamamilə könüllü olacaq, yəni işəqəbul zamanı şəxs istəsə təqdim edəcək, istəməsə təqdim etməyəcək.
Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklərin izahı” mövzusunda tematik təlimdə bu və digər dəyişikliklər barədə ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın