Qanunvericiliklə kimlər nəğd pul hesablaşmalarını Nəzarət kassa aparatı ilə həyata keçirməyə bilər?
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları həyata keçirmədən apara bilər:
qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
qiymətli kağızların satışı;
lotereya biletlərinin satışı;
sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa);
kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti;
rabitə xidməti (İnternet klubların fəaliyyəti istisna olmaqla);
reklam xidməti;
mənzil təsərrüfatı obyektlərinin fəaliyyəti;
yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi;
mehmanxana, motel, kempinq və yataqxana xidmətləri;
elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, lift və təhlükəsizlik xidməti;
kanalizasiya və sanitar təmizləmə xidməti;
turizm-ekskursiya, sanatoriya-kurort və sağlamlaşdırma xidmətləri;
bədən tərbiyəsi və idman xidməti;
səhiyyə xidməti;
vəkillik və digər hüquq xidmətləri;
təhsil müəssisələrinin təhsillə bağlı olan fəaliyyəti və tədris kurslarının fəaliyyəti;
avtomobil dayanacaqlarının fəaliyyəti;
paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması;
mənzillərin təmiri və tikintisi;
stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və bununla əlaqədar kirayə;
Lombard xidməti;
cildləmə xidməti;
səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
bank fəaliyyəti, həmçinin sığorta və sığorta vasitəçiliyi xidmətləri;
işçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən aşağıdakı fəaliyyətlər:
- mebellərin təmiri və hazırlanması;
- foto, audio-video xidməti;
- ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi;
- saatların, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
- nəqliyyat vasitələrinə texniki və digər xidmətlər;
- bərbər xidməti;
- zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması;
- nəqqaşlıq və rəssamlıq emalatxanaları və təmiri məntəqələrinin fəaliyyəti.
Qeyd edilən fəaliyyətlərdən başqa bütün fəaliyyət üzrə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları aparması mütləqdir
0 Komment
Şərh yazın