Niyə Amerikada psixiatra getmək inkişaf edib və ya müalicə olunmamış depressiya intihara aparır?

Niyə Amerikada psixiatra getmək inkişaf edib və ya müalicə olunmamış depressiya intihara aparır?

- Samir soruşur ki, Azərbaycanda insanlar psixiatra getməkdən çəkinirlər. Bunu ayıb bir şey kimi qəbul edirlər. ABŞ-da isə buna çox təbii baxırlar. Amerikalının psixiatrı, psixoloqu özünə məsləhətçisi, dostu kimi görməsinə nə səbəb oldu? Dünyanın yüksək inkişaf səviyyəsinə malik ölkələrində belə insanların psixoloqda, psixiatrla təmas dərəcəsi ABŞ-dakı kimi deyil. Bunu ona görə deyirəm ki, cavabınızı ölkələrin inkişaf səviyyələri arasındakı fərq üzərində qurmayasınız.
- Samir, Azərbaycanda insanların psixiatra, psixoloqa getməkdən çəkinmələrini və bunu utandırıcı hal hesab etmələrini başa düşürəm. Bu münasibət hələ
də dünyada geniş yayılıb. Psixi pozgunluqlardan əziyyət çəkən insanlara dəstək verən bizlərin arasında da bu məsələ gündəmdədir.Bəzi xoşagəlməz hərəkətlərin qəsdən edildiyini, insanın bütün etdiklərini tam nəzarət altında saxladığını düşünmək yanlışdır. ABŞ-dakı insanları fərqləndirən amil nədir?
Elmi nöqteyi-nəzərdən psixoloji yardımın insanlar tərəfindən qəbul edilməsinə və bəzi dairələrdə, “terapevt yanında olmağın” bu qədər məşhurluğuna nəyin səbəb olmasını açığı bilmirəm. Bununla belə, səninlə öz müşahidələrimi bölüşə bilərəm. İkinci Dünya Müharibəsindən sonra ABŞ-da bir
sıra müxtəlif sosial hərəkatlar yarandı. Onların fəaliyyəti birbaşa və ya dolayı yolla insanların öz şəxsi problemlərini aşkara çıxarmaqdan və peşəkar yardım almaqdan utanmalarını azaltdı. Və nəticədə özünəyardımla bağlı çoxlu sayda kitabların, TV proqramlarının, qrupların yaranmasına imkan
verdi. Bu istiqamətdə xüsusi olaraq 1946-1960-cı illərdə doğulan və sonradan “beybi bumer” kimi məşhurlaşan nəsli, 60-cı illərdə ortaya çıxan “Xippi” yarımmədəni hərəkatını və 70, 80, və 90-cı illərdə meydana gələn “Mən” nəslinin rolunu xüsusilə qeyd etmək istərdim. Mən bu mədəniyyət formala-
rını heç də tərənnüm etmirəm, çünki onların hamısı fərdiyyətə yönəlmiş yanaşmalardır. Adlarını ona görə çəkirəm ki, onların insanların psixoloji yardım alması və cəmiyyətin bəzi təbəqələrinin psixoterapiyaya üz tutması sahəsində mövcud olan bariyerlərin dağıdılmasında xüsusi xidmətləri var.
İnsanların psixi sağlamlıq üzrə mütəxəssis yanına getmələrinin bir çox səbəbləri var. Bu səbəblər fərdlər arasında yenicə yaranmış problemləri həll etmək üçün mütə xəssislərdən alternativ fikir eşitməkdən tutmuş, şizofreniya, depressiya, narahatlıq və sairə kimi ciddi xəstəliklərlə bağlı məsləhətləşmələrə qədər uzanır. Terapiyadan istifadə edən əhali qrupu arasında ciddi ruhi xəstəlikdən əziyyət çəkənlərin sayı ciddi şəkildə azdır. ABŞ-da hər dörd yetkin insandan biri ruhi xəstəlikdən əziyyət çəkir, amma onlardan yalnız üçdə biri müalicə alır. Ruhi xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı statistikanın yartdığı mənzərə daha ürəkağrıdıcıdır. Böyüklər arasında depressiya ABŞ-da əlilliyə gətirib çıxaran ən əsas amildir, bu tip insanların yalnız 20 faizi yetərincə müalicə alır. Müalicə olunmamış depressiya ABŞ-da intihar hallarının ən əsas səbəbi olaraq qalır. Təbii ki, səbəblər arasında utancaqlıq və sosial mənsubluq amilləri də var.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər