Dünyanın ən xoşbəxt və bədbəxt millətləri kimlərdir?
Tanınmış «Gallup» şirkəti hansı ölkədə ən çox xoşbəxt yaşadığını aşkara çıxarmaq üçün dünyanın 155 ölkəsində sosioloji sorğu keçirib. Məlum olub ki, skandinaviya ölkələrində yaşayanlar özlərini hamıdan çox xoşbəxt sayırlar. Reytinqin birinci pilləsində Danimarka qərarlaşıb. Onun ardınca Finlandiya, Norveç və İsveç gəlir.
Azərbaycan Türkiyə ilə birlikdə 103-cü pilləni bölüşür. Hər iki ölkədə xoşbəxtlərin sayı eynidir. Rəyi soruşulanların 13 faizi qədər. Digər qonşumuz Rusiya isə Rumıniya, Ukrayna, Slovakiya, Cənubi Afrika Respublikası və Livanla qonşuluqda, siyahının 74-cü pilləsində qərar tutub. Digər qonşularımız Ermənistan və Gürcüstan müvafiq olaraq 110 və 115-ci yerləri tutub.
Sorğu 2005-ci ildən 2009-cu ilə kimi minlərlə respondent arasında aparılıb. İnsanlara özlərini 3 qrupdan birinə şamil etmək təklif olunub: xoşbəxt, həyatın çətinliklərilə mücadilə aparan və bədbəxt. Həmçinin, sorğuda dünənin qiymətləndirilməsi də yer alıb: dünən necə keçdi, hər şey yaxşı alındımı, sağlamlıqla bağlı problem olmadı ki, işdə hansı uğurlar oldu, özünü reallaşdıra bildinmi. Bunların əsasında gündəlik təcrübə indeksi hesablanıb.
Maraqlı nəticələr ortaya çıxıb. Liderlərdən başlayaq. 82% danimarkalı özünü xoşbəxt hiss etdiyini, 17%-i həyatın çətinliklərilə mübarizə apardığını, 1%-i isə bədbəxt olduğunu açıqlayıb. Bu ölkədə əhalinin gündəlik təcrübə indeksi isə 10 ballıq şkala ilə 7.9 balla qiymətləndirilib. Finlandiyada xoşbəxt 75%, həyatın çətinliklərilə mübarizə aparan 23%, bədbəxt 2%, gündəlik təcrübə indeksi isə 7.9 baldır. Norveçdə bədbəxt aşkar olunmayıb, əhalinin 69%-i isə özünü xoşbəxt hesab edir.
ABŞ Kanada, İsrail, Avstraliya, İsveçrə, Panama və Braziliyadan geri qalaraq Avstriya ilə 14 –cü yeri bölüşür. Almaniya 33-cü, Fransa 44-cü, Yaponiya 81-cidir. Dünyanın ən bədbəxt ölkəsi isə 155-ci pillədəki Toqodur. Bu ölkədə 1% xoşbəxt var. Maraqlıdır ki, Kosta-Rika gözlənilmədən 6-cı yeri tutub.
Əgər xoşbəxtliyi və ya həyatdan ləzzət almağı yalnız maliyyə məsələsinə bağlasaq, onda reytinqdəki yerimiz Toqoya tərəf bir az da sürüşər, paradoksal bir mənzərə ilə qarşılaşardıq. İnkişaf etmiş Avropa ölkələrinin əhalisi yüksək səviyyəli sosial institular şəbəkəsilə əhatə olunublar ki, bu da sivilizasiyanın bütün nemətlərindən sakitcə bəhrələnmək imkanı yaradır. Bircə fakt deyək. İlk pillədə qərarlaşan Danimarkada adambaşına düşən ümumi daxili məhsul 36 min dollardır. Ölkəmizdə isə bu rəqəm 4874 dollara bərabərdir.
P.S. Hörmətli həmkarlar,Sorğudakı nəticələrlə razılaşırsınız? Özünüzü xöşbəxt yoxsa bədbəxtlər siyahısına aid edirsiniz?
“ MK” jurnalının 13-cü sayından seçmə.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın