Banklarda kredit faizlərinin yüksək olmasının səbəbi nədir?
- Bugün banklarla bağlı ən çox gözəçarpan problem kreditlərin yüksək faizlə verilməsidir. Bu, çox ciddi problemdir. Problemin kökləri var. Bu, ilk növbədə bankların risk antipatiyası ilə bağlıdır. Yəni, risklər nə qədər yüksəlirsə, faizlər də o qədər artır. İndiki halda qlobal iqtisadi böhranın təsirindən risklər daha yüksəkdir. İkincisi, kreditləri formalaşdıran mənbələr bahadır. Bugün banklar 13-15 faizlə əmanət cəlb edirlər. Əvvəllər xaricdən 5-8 faizlə uzunmüddətli vəsait cəlb etmək mümkün idisə, artıq bu rəqəm 10-15 faizədək bahalaşıb. Banklararası bazarda da pulun qiyməti çox yüksəkdir. Qiymətlər baha olduqca banklar faizlə daha çox qazanmaq istəyir.
Mərkəzi Bank uçot dərəcəsini aşağı salsa da, verilən kreditlərin faizi azalmayıb. Çünki Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditinhəcmi 400-500 milyon manatdır. Bu da ümumi kredit portfelinin əhəmiyyətli hissəsini təşkil eləmədiyindən burda transmissiya mexanizmi işləmir, kreditlərin faiz dərəcəsinə təsir eləmir. Kredit faizinin yüksək olmasının bir səbəbi də inhisar rentasıdır. Azərbaycanın reytinq siyahısındakı ilk 5 bankı ölkədəki bank kapitalının, nizamnamə fondunun, verilən kreditlərin çox böyük bir hissəsinə (50 faizdən yuxarı) nəzarət edir. Belə olanda da inhisar-aliqapoliya mexanizmi işə düşür, kreditlərin faizi yüksək olur. Mərkəzi Bank indiki halda kredit faizlərini iqtisadiyyatın rentabellik dərəcəsinə uyğunlaşdırmaq istiqamətində işlər aparmalıdır. Müqayisə üçün qeyri-neft sektoruna nəzər yetirək. Məsələn, kənd təsərrüfatında rentabellik səviyyəsi kredit faizlərindən çox geri qalır. Və yaxud kommersiya banklarının verdiyi kreditlə tikinti işlərilə məşğul olmaq və qazanc götür mək indi çətinləşib. Olsa-olsa, ticarət və xidmət sektorunda bu kreditlərlə nəsə etmək olar. Ancaq nəzərə almaq lazımdır ki, bu sektorların sıçrayışla inkişafı bizim marağımızda deyil. Bizim üçün indiki halda müqayisəli üstünlüyə malik sahələrin, o cümlədən kənd təsərrüfatı, emal sənayesi və xid-
mət infrastrukturunun inkişafı vacibdir. Hələ mən insan kapitalına əsaslanan sahələrin inkişafını demirəm. Verilən kreditlərlə isə bu sahələrdə nəyəsə nail olmaq çətindir. Bank sektorunda digər istiqamətlərdə islahatların aparılmasına ehtiyac var. Prudensial idarəetmə və risk menecmenti ilə bağlı islahatlar aparılmalıdır. Böhran da onu göstərdi ki, risk menecmenti mümkün qədər diqqətdə saxlanmalı, bu sahədə treninqlər keçirilməlidir. Qeyri-faiz gəlirlərinin artması və yeni texnologiyaların və maliyyə alətlərinin təbiqi istiqamətində işlər görülməlidir. Bunun üçün qiymətli kağızlar bazarının inkişafına ehtiyac var. Bu bazarın inkişafı lazım gələndə iqtisadiyyata pulun yönləndirilməsi və ehtiyac yaranarsa geri çəkilməsi üçün çox vacibdir.
0 Komment
Şərh yazın