Müdir həmişə haqlıdır!!!

Müdir həmişə haqlıdır!!!

 

BU QIZIL QAYDANI UNUTMAYANLARIN KARYERASI PARLAQ, QULAĞI DİNC, BAŞI SALAMAT OLUR

Əksər işçilər vaxtlarının çox hissəsini işlədikləri kollektivdə keçirirlər. Hətta daha çox səfərlərdə olanlar və tam iş günü işləməyənlər belə “istehsal münasibətlərinin” onların həyatında vacib rol oynadığını yaxşı bilirlər. Heç kəsə sirr deyil ki, iş yerində problem olanda o insanın şəxsi həyatına da siyarət edir. Bəs onda neyləməli? İş yerindəki arzuolunmaz atmos­feri necə bayrama çevirməli? Əgər hər şey yaxşı getsə, onda sizin üçün münasib olmayan vəzifə belə gözünüzə görünməyəcək. Müdirdən şikayətlənmək təbii prosesdir, hərdən sizə yaxın olan iş yoldaşınızla baş-başa verib müdirin qarasına danışmaq, ürəyinizi boşaltmaq əhval-ruhiyyənizi də qaldıracaq. Ümumi düşmən insanları birləşdirir. Yox, əgər sizin müdirlə bağlı giley-güzarınızı kollektivdə kimsə bölüşmürsə, əmin olun ki, problem rəhbərlikdə yox, sizdədir. Bu barədə yaxşı-yaxşı fikirləşməyə dəyər.

MÜDİRLƏ NORMAL ÜNSİYYƏT QURMAĞIN SİRLƏRİ

 

- Müdirlə nə qədər gec -gec görüşsəniz, bir o qədər yaxşıdır. Bu o demək deyil ki, siçan pişikdən qaçan kimi müdirdən gizlənəsiniz. Ancaq əsaslı səbəb oldu-olmadı müdirin qapısını kəsdirməyiniz, gözlərini yağır eləməyiniz də məsləhət deyil.

- Çalışın bir dəfə etdiyiniz səhvi bir daha təkrarlamayasınız. Müdirin nəyi bəyənib-bəyənmədiyini aydınlaşdırın və lazım olan şəkildə davranın. Nəyisə dəyişdirmək istəyirsinizsə, rahat və səbrli hərəkət edin, inqilabi ideyalarınızı yerində və vaxtında söyləyin. Axır sözünüzü əvvəldə deyib özünüzü ucuz tutmayın. İçində olduğunuz vəziyyətə uyğunlaşmağa çalışın.

- Müdirə nəyisə öyrətməyə cəhd eləməyin. Çoxları bunu təcrübədn keçirdilər. Onlar indi hardadır, bilirsinizmi? Əgər rəhbərdən xoşunuz gəlmirsə, ən yaxşısı özünüzə yeni iş yeri axtarın. Nə başınıza-gozünüzə döyün, nə də stressə girin! Müdirlə intriqa aparmayın. Heç işçinin üzündən işindən ayrılan müdir gormüsünüzmü? Tezliklə sizi işdən çixaracaqlar, buna şübhə etməyin.

- Müdir həmisə haqlıdır. Hamı bilir ki, bu, belə deyil. Ancaq bunun əhəmiyyəti yoxdur. Bu qaydanı yaddaşınıza həkk edin və rəhbərlik necə istəyirsə, elə də işləyin. Təbii ki, etiraz da edə bilərsiniz, siz axı, hər şeydən əvvəl şəxsiyyət və mütəxəssisiniz. Ancaq işlə bağlı tez-tez etiraz eləməyiniz də məsləhət deyil.

- Rəhbərliyin irad və tənqidlərinin sizi alçaltdığını düşünməyin. Özünüzə hörmət hissini itirməyin, tənqidləri xoş məramla qəbul edib, səhvlərinizi düzəltməyə çalışın. Əgər müdirin haqsız olduğuna əminsinizsə, söylənməyin, ağlayıb-sızlamayın və 3 gündən bir-5 gündən bir işdən çıxmaq üçün ərizə yazmayın. Bütün iradları sakitcə, səbr və hörmətlə dinləyib boş vaxtlarınızda inandırıcı əks arqumetlər hazırlayın, rəhbərliyə qarşı etibarlı müdafiə xətti qurmağa çalışın. Yaxşı olardı ki, yeri gələndə müdafiə xarakterli arqumentlərinizi yazılı şəkildə, ancaq şəxsən müdirə təqdim edəsiniz.

- Həmkarlarınızla bir yerdə olduğunuz səmimi kampaniyalarda rəhbərlikdən qeybət eləməyin. Az olub ki...

- Müdirlə danışarkən üzü­nüzə mülayim, xoş ifadə verməyə çalışın. Yaddan çıxarmayın ki, burnunuzu sallamağınız, üzünüzü turşutmağınız, dodaqlarınızı bir-birinə sıxmağınız münasibətləri ancaq korlaya bilər.

- Müdirinizə birinci şəxsin cəmində (məsələn, Ələmdar müəlllim, sənədləri sizin tapşırdığınız kimi hazırladım) müraciət edin.

- Tez-tez müdirinizə əmək­haqqınzı qaldırması barədə xahişlə müraciət etməyin.

- Öz adınızdan müdirinizə bahalı hədiyyələr verməyin.

- Çalışın az danışın. Ən yaxşısı, nə vaxt xahiş etsələr, onda fikrinizi bildirin. Daha çox qulaq asmağa çalışın. Hə, bir də danışarkən sifətinizə mülayim və xoş ifadə verməyi unutmayın.

- Xarici görünüşünüzə diqqət yetirin.

- İş stolunuzun üstünü həmişə səliqəli saxlayın.

- Tünd qoxulu ətirlərdən istifadə etməyin.

- Müdirlə olan problemlərinizi şəxsi həyatınızdan kənar tutmağa çalışın. Düşünməyin ki, rəhbərlik sizin sutka ərzindəki bütün həyatınızda iştirak edir. Çalışın işdən sonra dincəlməyi bacarasınız, belə olsa, işdə baş verən xoşagəlməzliklərin çoxu sizə əhəmiyyətsiz görünəcək.

İş yerində rəhbərliklə olan münasibətlər barədə bu qədər. Çalışın kollektivlə probleminiz yaranmasın. Əgər belə hal baş versə, onda vəziyyətdən yeganə çıxış yolu yeni iş yerində hər şeyi təzədən başlamaqdır.

MK jurnalı: Maraqlıdır ki, Siz müdirinizlə münasibətlərdə bu üsullardan istifadə edirsiniz? Yoxsa alternativ fikirləriniz var?

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər