- 0 Komment
- 30 Sentyabr 2014
"MK" jurnalının eksperti Altay Cəfərovdan maddələrlə izah
5 ilin verilməmiş əmək məzuniyyəti müqabilində işçiyə nə verməli: kompensasiya, yoxsa məzuniyyət?
Sual: Salam, müəssisədə işçinin 4-5 məzuniyyəti qalıb. İndi işçi növbəti məzuniyyətə gedir, ona 2 illik məzuniyyəti bir yerdə vermək olar?
Həsənova Siyatel
Cavab: Bu kimi sualları əvvəllər cavablandırsaq da, bir daha Əmək Məcəlləsinin bir neçə uyğun maddəsini nəzərinizə çatdırıram.
Maddə135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası
.................................
5. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən əmək məzuniyyəti ilə birləşdirilə bilər.
Birincisi, işçiyə 4-5 il əmək məzuniyyətinin verilməməsi Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən qadağandır. İşçinin əmək məzuniyyəti maksimum 1 il hansısa səbəbdən təxirə salına bilər. Əlbəttə ki, bu təxirə salınma 134-cü maddəyə uyğun olaraq əsaslandırılmalıdır. Əmək məzuniyyətinin verilməməsinə görə sizə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) yoxlamaları zamanı inzibati cərimələr tətbiq oluna bilər.
İkincisi, işçiyə 2 ilin tam əmək məzuniyyətinin birləşdirilib verilməsi Əmək Məcəlləsində nəzərdə tutulmayıb. Ancaq təqdim etdiyim 134-cü maddənin 5-ci bəndinə əsasən əvvəlki ildən qalan əmək məzuniyyətinin hissəsini növbəti ilin əmək məzuniyyəti ilə birləşdirib işçiyə vermək olar. Məsələn, tutaq ki, 2012-2013-cü illər üçün işçiyə 30 gün əmək məzuniyyəti verilməli idi, lakin işçi bunun 15 gününü istifadə edib. Bu zaman yerdə qalan 15 günü 2013-2014-cü illər üzrə işçiyə veriləcək 30 günlük əmək məzuniyyətinə birləşdirmək olar. Amma 2012-2013-cü ilin 30 günlük tam məzuniyyətini 2013-2014-cü ilin 30 günlük tam məzuniyyəti ilə birləşdirib 60 günlük əmək məzuniyyəti verilə bilməz. Bu zaman siz işçiyə 2012-2013-cü illər üçün əmək məzuniyyətindən istifadə olunmamasına görə kompensasiya verməlisiniz. Qısacası, sizin halınızda işçiyə 4-5 ilin əmək məzuniyyətinə görə kompensasiya verilməlidir.
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın