Əmək məzuniyyəti zamanı əmrin verilməsi necə rəsmiləşdirilir?

Əmək məzuniyyəti zamanı əmrin verilməsi necə rəsmiləşdirilir?

MK jurnalının son 56-ci sayında bu məsələyə aydınlıq gətirilib.
 
Sual:  Monitor Konsaltinq,  Sizin daha bir sualı cavablandırmağınızı xahiş edirəm.  İşçi 9 may 2014 (yəni şənbə günü və ya bayram günü) tarixndən növbəti 30 təqvim günü əmək məzuniyyətinə çıxmaq üçün ərizə yazıb. Müdir dərkənarda əmək məzuniyyətinə çıxma tarixni 12 may (yəni iş günündən) yaza bilərmi?
 
Cavab: Ümumiyyətlə, işçinin əmək məzuniyyətinə göndərilməsi haqqında əmr o, məzuniyyətə çıxmamışdan 5 gün əvvəl verilməlidir. Və buradan da aydın olur ki,  işçi ərizəni ən azı 5 gün əvvəl yazmalıdır. Deməli, 9 mayda ərizə yazılıbsa, işçi ən tezi 5 gündən sonra 14 may tarixində əmək məzuniyyətinə göndərilə bilər. Ona görə də müdirin dərkənarı 12 may tarixinə qoyması düzgün deyil. Ya da siz ərizəni ən geci 7 may tarixində verməlisiniz ki,  direktor dərkənarı 12 may tarixinə qoya bilsin,  7 mayda da əmr verilsin. 
Ümumiyyətlə, ərizənin və ya əmrin hökmən 5 gün əvvəl verilməsi məcburi deyil. Məcəllədə yazılıb ki,  ən geci əmək məzuniyyətinə 5 gün qalmış. Ona görə də ərizəni 1 ay əvvəlcə də verə bilərsiniz. Əmr də 1 ay əvvəl verilə bilər.
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər