Əmək müqaviləsinin xitamı ilə bağlı maraqlı sual
Şirkət bir işçini işə qəbul edir. Müəyyən bahalı təlimlər keçir, bir sözlə bu işçiyə vəsait xərcləyir. İşçi isə bu biliklərə yiyələndikdən sonra işdən çıxıb daha yüksək əmək haqqı verilən işə gedir. Sualım belədir: necə tənzimləmək olar ki, belə işçi işdən çıxmasın.
Salam. Şirkət bir işçini işə qəbul edir. Müəyyən bahalı təlimlər keçir, bir sözlə bu işçiyə vəsait xərcləyir. İşçi isə bu biliklərə yiyələndikdən sonra işdən çıxıb daha yüksək əmək haqqı verilən işə gedir. Sualım belədir: necə tənzimləmək olar ki, belə işçi işdən çıxmasın. Onunla əlavə olaraq mülki müqavilə bağlamaq olarmı ki, müəyyən müddət keçməmiş işdən ayrıla bilməz.
Kərim
Cavab: Maraqlı sualdır. Bu məsələlər işçi ilə bağlınılmış əmək müqaviləsi ilə tənzimlənir. Əmək müqaviləsinin şərtləri Əmək Məcəlləsinin 43-cü məddəsi ilə tənzimlənir.
Maddənin sonunda yazılıb:
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
Deməli, əmək müqaviləsində bir çox məcburi şərtlər var və bundan əlavə, digər şərtlər də əlavə etmək olar. Sizin qeyd etdiyiniz məsələni müqavilənin əlavə şərti kimi qəbul etmək barədə fikirləşmək olarmı? İlk növbədə, ununtmayın ki, müqaviləyə əlavə şərtləri daxil edən zaman yuxarıdakı maddəni nəzərə almaq lazımdır. Bir sözlə, işçinin hüquqları pozulmalı deyil. İşçinin huquqları isə Əmək Məcəlləsinin 9-cu maddəsi ilə tənzimlənir.
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları
Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:
a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;
b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;
Deməli, işçi istədiyi vaxt işdən çıxmaq üçün işəgöturənə müradiət edə və bir aydan sonra işdən azad oluna bilər.
Buradan da belə aydın olur ki, siz işçiyə belə bir məhdudiyyəti qoya bilməzsiniz. Sadəcə belə məsələlərdə sizin praktikanız rol oynamalıdır. İşçinin etibarlılıq prinsipi vacibdir.
Qeyd edim ki, bu halda mülki müqavilə bağlınıla bilməz.
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın