İcarə fəaliyyəti ilə bağlı maraqlı 3 sualın cavabı
Əgər icarəyə vermək sahibkarlıq fəaliyyəti hesab olunursa, nəyə əsasən sahibkarlıq, kommersiya fəaliyyəti ilə məşğul olmağın qadağan edildiyi bir sıra dövlət qulluqçularına əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürməyə icazə verilir?
Sual: Salam. Sizə bir neçə sual ünvanlamaq istərdim.
1. Hüquqi və ya fiziki şəxsin icarəyə əmlak (daşınmaz) verməsi sahibkarlıq fəaliyyəti hesab olunurmu?
2. Əgər hesab olunmursa, onda nəyə istinadən fəaliyyəti yalnız əmlak icarəyə verməkdən ibarət olan hüquqi şəxsin ƏDV ödəyicisi olması istənilir? Axı, Vergi Məcəlləsinin 155.1.-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslərin belə ödəyici olmalı olduğu göstərilir.
3. Əgər icarəyə vermək sahibkarlıq fəaliyyəti hesab olunursa, nəyə əsasən sahibkarlıq, kommersiya fəaliyyəti ilə məşğul olmağın qadağan edildiyi bir sıra dövlət qulluqçularına əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürməyə icazə verilir?
Əvvəlcədən təşəkkür edirəm.
Novruz
Cavab: Oxşar sual vergi orqanlarından daxil olmuşdu və onu 48-ci sayımızda cavablandırmışıq. Həmin cavabı nəzərinizə çatdırıram. Bununla da sizə hər şey aydın olacaq:
" Əvvəla, təşəkkürümü bildirirəm ki, vergi orqanlarından bunu reaksiya gəldi. Həm də ona görə təşəkkür edirəm ki, vergi orqanlarından çox düzgün açılış eşitdim. Bundan əlavə, təvazökarlıqdan uzaq olsa da, bildirim ki, bu məsələ ilə bağlı mən uzun illərdir ki, vergi orqanları ilə mübahisə edirəm. Bəlkə də bu məsələni vergi orqanları qarşısında birinci dəfə mən qaldırmışam. Jurnalın iyun buraxılışında dərc olunmuş cavabdan da göründüyü kimi, qeyd etmişəm ki, vergi orqanları sizi ƏDV ödəyicisi kimi uçota alacaqlar. Yən,i siz özünüz uçota durmalı deyilsiniz, vergi orqanları məcburən sizi uçota alacaqlır.
Bundan əlavə, bu məsələdə ƏDV ödəyicisi kimi uçota alınmaqla bağlı bir neçə il əvvəl çıxan nəşrlərdə (qəzet, jurnal və kitablard) qeydlərim var. Mən əmlakın icərəsi zamanı həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin ƏDV ödəyicisi kimi uçota durmamasını qeyd etmişəm.
Belə ki, fiziki şəxslər ümumiyyətlə, ƏDV ödəyicisi kimi uçota alınmalı deyillər, ona görə ki icarədən gələn gəlirlər fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər sayılır. ƏDV ödəyicisi öhdəliyi isə ancaq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin dövriyyəsi son 12 ayda 120 000 manatı aşanda yaranır. Yəni, fiziki şəxslər icarədən 200 000 manat da gəlir əldə etsə, ƏDV ödəyicisi kimi uçota alınmırlar. Hüquqi şəxslərdə isə həmin 120 000 manat limit gözlənilir. İlkin olaraq mənfəət vergisi ödəyicisi olurlar, dövriyyəsi 120 000 manatı aşarsa, onda həm ƏDV, həm də mənfəət vergisi ödəyicisi olmalıdırlar.
Təssüf ki, bunu nə uçot idarəsində olan müfəttişlərə, nə də Audit Departamentində başa salmaq olmur.
Əlavə olaraq onu da qeyd edim ki, bu kimi mübahisəli məsələlər həddən artıq çoxdur. Əksər hallarda gec də olsa, mən deyənə gəlib çıxırlar".
Sualınıza cavab kimi əlavə etmək istəyirəm ki, baxmayaraq biz belə halları aradan qaldırmaq üçün işlər görürük, amma yenə də vergi orqanları vergi ödəyicilərini qanunsuz olaraq ƏDV ödəyicisi kimi uçota alırlar.
Qaldı sualınızın 3-cü hissəsinə, bu məsələ artıq Vergi Məcəlləsi ilə yox, 15.12.1992-ci il tarixli "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunla tənzimlənir. Qanunda yazılıb:
Maddə 1. Sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.
Maddə 3. Sahibkarlığın subyektləri
...................................................
2. Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.
Deməli, sahibkarlıq fəaliyyəti hər hansı bir şəxsin əmlak istifadəsindən, mal satmasından, iş və ya xidmət göstərməsindən mənfəət əldə etməkdir. Digər maddəyə görə isə, nəzarət edən orqanların vəzifəli şəxsləri bu fəaliyyətlə məşğul ola bilməzlər (məsələn polis, prokuror, vergi, DSMF və s. kimi orqanların işçiləri).
Amma sualda qeyd etdiyiniz kimi depozit qoymaq, qiymətli kağızlardan gəlir əldə etmək sahikabkarlıq fəaliyyətinə aid deyil. Dövlət orqanlarının vəzifəli şəxsləri bunu edə bilərlər.
Lakin həmin vəzifəli şəxslərin icarədən gəlirləri isə artıq sahibkarlıq fəaliyyəti sayılır. Bəli, Vergi Məcəlləsinə əsasən, bu fəaliyyət fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyəti sayılır. Yaddan çıxarmayaq ki, bu, vergitutma məqsədləri üçün Vergi Məcəlləsində ayrılmışdır. Amma vəzifə borclarının yerinə yetirilməsi məqsədilə artıq sahibkarlıq fəaliyyəti sayılır.
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),
• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...
Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.
Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf
0 Komment
Şərh yazın