Az xərcləyib, gözəl yaşamağın formulu: 50/30/20

Az xərcləyib, gözəl yaşamağın formulu: 50/30/20

 “MK”-NIN ABŞ-LI PSİXOLOQU BƏDXƏRCLİYƏ KAĞIZ VƏ QƏLƏMLƏ QALİB GƏLMƏYİN YOLLARINI ÖYRƏDİR

     Salam, Susan xanim.  Azərbaycan reallığında normal maaş alsam da, pulun idarə olunmasında ciddi problemlərim var.  Həm ailəm üçün, həm də şəxsi məsələlərdə daha çox pul xərclənməyə üstünlük verirəm.  Hər hansı xərclə bağlı “pulum yoxdur” deməyə utanıram. Bu səbəbdən də , maaşımdan  heç cür yığım edə bilmirəm.  Xahiş edirəm ki, pulun idarəolunması ilə bağlı mənə məsləhətlərinizi verərdiniz.

Namiq

 

-          Salam Namiq, mən sizin pul idarəetməsi ilə bağlı verdiyiniz sualı yüksək qiymətləndirirəm. Onu da başa düşürəm ki, müəyyən məqamlarda bəzi şeylər üçün “pulum yoxdur” demək sizə necə də çətin başa gəlir. Şəxsi maliyyə idarəetməsi üzrə əksər mütəxəssislər qeyd edirlər ki, kapitalın ağılla idarə edilməsi riyazidən daha çox əqli bacarıqlar tələb edir. Onlar izah edirlər ki, bir çox maliyyə qərarları və xərcləmə vərdişləri emosional və psixoloji impulsların məhsuludur. Mən bununla razı olsam da, kapital idarəetməsinin psixoloji və emosional tərəflərini tamamilə istisna etməyin tərəfdarı deyiləm. Son nəticədə, biz insanıq və elə etməliyik ki, hisslər və emosiyalar qərarlarımızın idarə olunmasında yaxşı mənada iştirak etsin. Çünki biz həyatdan zövq almalıyıq. Bu, bizim maliyyə ilə bağlı pis seçimlərimizi və neqativ emosiyalarımızı azaltmaqda böyük əhəmiyyət daşıyır.

Sən etiraf edirsən ki, bəzən “pulum yoxdur” deməyə utandığın üçün həddindən artıq pul xərcləyirsən. Nəticədə sən pula qənaət edə bilmirsən. Bəzi insanlar ehtiyacları olmadığı şeyləri alır. O şeyləri ki heç zaman istifadə etməyəcəklər, onlar sadəcə alış-veriş prosesinin yaratdığı ani məmnunluq hissini yaşamağı sevirlər, bu sevinc hissi müvəqqəti və ötəri olur.  Həmçinin, elə insanlar var ki, bədxərclik ilə bağlı yanlış fikirdə olduqları üçün şəxsi və ailə ehtiyaclarını qarşılamaq üçün kifayət qədər pul xərcləməyə xəsislik edirlər. Ara-sıra bizim hamımızı pul xərcləmək və pul idarə edilməsi ilə bağlı sağlam və qeyri-sağlam düşüncələr narahat edir.

Bu gün üçün pul xərclənməsi ilə bağlı mənfi emosiyalar doğuran səhv qərarlardan yayınmağın ən yaxşı üsulu şəxsi maliyyə planının tərtib edilməsi hesab olunur Bu, hərtərəfli yaxşı düşünülmüş, hesablanmış maliyyə planı olmalıdır.

Pullarınızın haradan gəlib - hara xərcləndiyini dəqiq bilmək, sizin kapital idarəetmə xəttinizin dəqiq qaydasında olduğuna əmin olmaq, həyatınız üzərində nəzarəti öz əlinizə almağınız üçün vacib addımlardan biridir. Maliyyə həyatınız üzərindəki nəzarəti gücləndirməklə siz daha güclü olacaqsınız. Həmçinin, bunu duymaq da çox xoşdur. Pul idarəetməsi sahəsində özünü güclü, səriştəli və uğurlu hiss etmək  ani məmnunluq və ya xəcalət hissləri ilə mübarizə baxımından sizə çox kömək edəcək.

İlk addım olaraq, özünüzə böyük hədəflər təyin edin, istər maliyyə baxımından, istər də digər sahələrdə. Əgər siz ailəlisinizsə, həyat yoldaşınızı da bu prosesə, bütünlükdə kapital idarəetməsi prosesinə daxil edin.  Öz hədəflərinizi vizuallaşdırın, həyatınızı necə görmək istədiyinizi təsəvvür edin, onun şəklini yaradın. Öz hədəflərinizi əhəmiyyətinə görə ardıcıllıqla düzün və onları bir yerə yazın. Siz özünüzə yaxın və uzaq müddətli hədəflər cədvəli yarada bilərsiniz. Məsələn, borcların bağlanması, konkret bir məbləğə qənaət etmək və aylıq (həftəlik) qazancınızın müəyyən faizini ayıraraq kənara qoymaq, avtomobil almaq, hər il ailəni tətilə (istirahətə) aparmaq, həftədə bir dəfə evdən kənarda şam və ya nahar etmək, bir dəfə dostlarına qonaqlıq vermək. Özünəməxsus olun və realist davranın. Ümumi və iri hədəfləri xırda hədəflərə parçalayın və onları daha əlçatan hədəflərə bölün. Balaca bir hədəflə başlayın, lakin mütləq bu həftədən başlayın.  

Sonra isə büdcə və ya xərclər planı tərtib edin. Xərclər planı büdcənin kiçildilmiş formasıdır. Bəzi insanlar üçün “büdcə” sözü haradasa fədakarlıq, özünü məhrumiyyətlərə düçar etmək mənasını verir, halbuki xərclər planı sadəcə sizin öz pullarınızı necə xərcləmək istədiyinizi göstərir. Söhbət heç də özünə yox deməkdən və istəklərindən imtina etməkdən getmir, siz sadəcə nəyin sizin üçün daha vacib və dəyərli olduğuna qərar verməlisiniz. Eyni zamanda, hədəflərinizə necə çatmağı müəyyən etməlisiniz.

Xərclər planını tərtib etməyin ən yaxşı üsulu, bir ay ərzində hər bir xərci izləməkdir. Bu, çətin proses deyil, amma vaxt aparan və yorucudur. Kağız və qələmi yanınızda gəzdirin və hər bir xərcinizi, çox və ya az olmasına baxmayaraq yazın. Bəzən xırda və tez-tez üzləşdiyiniz xərclərin toplanaraq, necə böyük məbləğlərə çevrildiyi sizin təəccübünüzə səbəb olacaq. 

Bir ay ərzində xərcləriniz barədə kifayət qədər informasiya topladıqdan sonra özünüz və ya ailəniz üçün şəxsi maliyyə büdcəsi hazırlamaq üçün artıq müəyyən məlumata sahib olacaqsınız. Qeydlərinizi büdcə formatına salın. Mən əminəm ki siz internetdən müəyyən büdcə nümunələri, formatları tapa bilər və ya öz şəxsi büdcə modelinizi qura bilərsiniz.  Büdcəyə ailə gəlirlərinizi, aylıq əsas gəlir və digər gəlirlərinizi, həmçinin şəxsi ehtiyatlarınızı da daxil edin. Hazırladığınız cədvəli doldurun. Siz başlıca kateqoriyalar tərtib edə bilərsiniz.  Məsələn, sabit ( kirayə, avtomobil ödənişləri, kredit ödənişləri, yol xərcləri, kommunal xərclər, yemək xərcləri)  və dəyişən xərclər (müəyyən məhsullar, geyimlər, səyahətlər, benzin). Həmçinin, gözlənilməz və ya təsadüfi xərclər (hədiyyə, evdən kənarda nahar etmək və s). Sonuncu kateqoriyada elə xərclər olacaq ki, onunla hər ay qarşılaşmırsınız, məsələn, sığorta haqqının ödənişi, avtomobilin təmiri, ona görə də siz aylıq və ya illik büdcə tərtib edə bilər, və ya əsas xərcləri aylar üzrə bölüşdürə bilərsiniz.  

Xərclərinizi alt-alt yazın, toplayın və onları gəlirləriniz ilə müqayisə edin. Siz təbii ki, bəzi məqamlarda xərclərə düzəliş etməli olduğunuzu görəcək, müəyyən korreksiyalar edəcək, bəzi xərcləri ixtisar etməli olacaqsınız. Əmanət planını da xərclər planınına daxil edin. İlk öncə özünüzə pul ödəyin, əgər gəlirlərinizin bir hissəsini dərhal depozit  və ya digər bir investisiya hesabına köçürmək imkanınız olsa, onda əlinizdə daha az pul gələcək və daha az pul itirmək imkanınız olacaq (pulu xərcləməkdən öncə onu ehtiyat üçün ayırmış olacaqsınız). 

Bəzi mütəxəssislər 50/20/30 nisbətli büdcə metodu təklif edirlər: xalis gəlirlərinizin 50%-ni əsas xərclərə yönəldin, 20%-ni gözlənilməz günlər və ya gələcək üçün əmanət kimi saxlayın, və ya borclarınızı ödəyin. 30%-ni isə gözlənilməz xərclər üçün nəzərdə tutun. Sizin gəlirlərinnizdən asılı olaraq, həmin plan daha ambisiyalı ola bilər. Amma daha yaxşı olardı ki, siz öz gəlir və xərclərinizə uyğun, xərc, ehtiyat və investisiya nisbətinizi yaradasınız. 

Artıq sizin hədəfləriniz, dəyərləriniz, gəlirləriniz və real xərcləriniz əsasında tərtib edilmiş, konkret və balanslaşdırılmış xərclər planınız var. Elə bir plan yaratmışınız ki, o, sizə qənaət etmək və öz vəsaitlərinizə (cibinizə) uyğun yaşamaq imkanı verir. Bu, çox gözəl bir addımdır. İndi ən vacibi planınızdakı göstərişlərə əməl etmək və zərurət yarandıqda onu yeni situasiyaya uyğun adaptasiya etməkdir. Bunu etməyin ən yaxşı yolu yenə də sizin gəlirlərinizin haradan gəlib-hara getməsinə nəzarət etmək, ay və ya həftə ərzində büdcədəki xərclər ilə gerçək xərcləri tutuşdurmaqdır. Əgər siz öz xərclərinizi izləmirsinizsə, hətta dünyadakı ən yaxşı büdcə planı belə faydalı olmayacaq və sizin işinizə yaramayacaq.

Maliyyə mütəxəssislərindən biri öz müştərilərinə həyatda üç qaydaya əməl etməyi tövsiyə edir: qazancına uyğun yaşamaq, öz gələcəyinin qeydinə qalmaq və öz məmnunluq (həzz) hissini maksimallaşdırmaq.  Namiq,  siz də bu sadə qaydalara əməl edə bilərsiniz. Sizə uğurlar!

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

 

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər