Vergi Məcəlləsinin 198.2, 202.0 və 13.2.21-ci maddələrində anlaşmazlıq var?

Vergi Məcəlləsinin 198.2, 202.0 və 13.2.21-ci maddələrində anlaşmazlıq var?

Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirir

Sual: Salam. Əmlak vergisi hesablanarkən vergi tutma obyektinə Qeyri-maddi aktivlər də daxil olunur? Aşağıdakı maddələr arasındakı anlaşılmazlığı izah etməyinizi xahiş edirik. Öncədən təşəkkülər. Maddə 198.2, Maddə 202.0 ,Maddə 13.2.21
Valeh Ovçiyev

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən vergilərin müəyyən edilməsinin əsas şərtləri sırasında vergi ödəyicisi və digər vergitutma elementləri ilə yanaşı vergitutma obyekti də qeyd edilir.
Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri müəssisələrin əmlak vergisinin vergitutma obyektini təşkil edir, həmin dəyərin hesablaması mexanizmi isə Vergi Məcəlləsinin 202-ci maddəsində öz əksini tapmışdır.
Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlərə aid edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi ilə rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisi üzrə vergitutma obyekti sayılır.
Göründüyü kimi, hər iki halda qeyri-maddi aktivlər əmlak vergisinin vergitutma obyekti olması qeyd edilmir və müvafiq olaraq da qeyd edilən maddələr arasında hər hansı anlaşılmazlıq mövcud deyildir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər