Vergilər Nazirliyi 01 sentyabr 2013-ci ildən etibarən dəyişən 102.1.6 maddəsinə aydınlıq gətirdi

Vergilər Nazirliyi 01 sentyabr 2013-ci ildən etibarən dəyişən 102.1.6 maddəsinə aydınlıq gətirdi

 2013-cü ilin 4-cü rübünün vergi bəyannaməsinə hesablanmış vergilərlə bağlı düzəlişlər edilməlidirmi?

Sual: Salam. Vergi Məcəlləsinə edilən bu dəyişikliyə əsasən (102.1.6-cı maddədə “200” rəqəmləri “250” rəqəmləri və 2400” rəqəmləri ”3000” rəqəmləri ilə əvəz edilsin. Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişikliklər 2013-cü il sentyabrın 1-dən tətbiq edilir.) 2013-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2014-cü ilin yanvar aylarında işçılərdən tutulmuş artıq vergi həmin işçilərə qaytarılmalıdırmı? 2013-cü ilin 4-cü rübünün vergi bəyannaməsinə hesablanmış vergilərlə bağlı düzəlişlər edilməlidirmi?
Mehman Əhmədov

Cavab: Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli 881-IVQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsindəki “200” rəqəmləri “250” rəqəmləri və “2400” rəqəmləri “3000” rəqəmləri ilə əvəz edilmiş və bu Qanunda nəzərdə tutulmuş dəyişikliklər 2013-cü il sentyabrın 1-dən tətbiq edilir.
Belə ki, sözügedən Qanunun qüvvəyə minməsi ilə əlaqədar Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda, həmin gəlirin əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli miqdarında olan hissəsi (2013-cü il üçün bu məbləğ 125 manat, 2014-cü il üçün isə 136 manat müəyyən edilmişdir) gəlir vergisinə cəlb edilmir. Yəni işçinin aylıq gəliri 2013-cü il üçün 125 manatdan, 2014-cü il üçün isə 136 manatdan aşağı olduqda gəlir vergisinə cəlb edilmir.
Vergi ödəyicisi Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
Bu məqsədlə vergi ödəyicisi Vergi Məcəlləsinin 72.5-ci maddəsinə uyğun olaraq vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində əvvəlki hesabat dövrlər üzrə təqdim edilmiş bəyannamələrdəki məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, həmin hesabat dövrü üçün səyyar vergi yoxlamasının başlandığı günədək dəqiqləşdirilmiş bəyannamələr təqdim edilə bilər. Dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınması üçün zəruri olduqda müvafiq məlumatların da təqdim edilməsi tələb oluna bilər. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Dəqiqləşdirilmiş bəyannamələr vergi orqanı tərəfindən qəbul edildikdən və müvafiq göstəricilər şəxsi hesab vərəqənizə işləndikdən sonra Vergi Məcəlləsinin 87-ci maddəsinin müddəalarına uyğun olaraq artıq ödənilən vergi məbləği digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və razılığınızla sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Odur ki, muzdlu işlə əlaqədar əldə edilən gəlirdən tutulan gəlir vergisi ilə bağlı Vergi Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar, 2013-cü ilin sentyabr-dekabr ayları üçün müvafiq bəyannamələrində (vergi ödəyicisinin mükəlləfiyyətindən asılı olaraq ƏDV-nin və Sadələşdirilmiş verginin ödəyicisi olmayan şəxslər 2013-cü ilin 3-cü və 4-cü rübləri üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin, ƏDV-nin və Sadələşdirilmiş verginin ödəyiciləri isə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin və ya “Əlavə dəyər vergisinin bəyannaməsi”nin muzdlu işlə əlaqədar məlumat bölməsinin (hesablanmış verginin məbləğini) və 2013-cü ilin illik “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin) müvafiq düzəlişlər edilərək səyyar vergi yoxlamasının başlandığı günədək dəqiqləşdirilmiş formada yenidən vergi orqanına təqdim oluna bilər. Ödənilmiş məbləğlər hesablanmış məbləğlərdən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Artıq ödənilmiş vergilərin qalan məbləğləri isə vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
Qeyd olunanlarla bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər