Əsas əmək məzuniyyətinin 21, yoxsa 30 gün olması ilə bağlı daha bir AKTUAL
Altay Cəfərov "Doğru cavab" rubrikasında bu sualı cavablandırır
Sual: Salam. Xahiş edirəm 1 məsələni aydınlaşdırın. Şirkətdə icarə agenti vəzifəsində çalışan işçiyə verilən əsas əmək məzuniyyəti 21, yoxsa 30 gün olmalıdır. Müddəti daxili qayda ilə 30 gün edə bilərəmmi, yoxsa belə məsələlər milli qanunvericiliklə tənzimlənir? Xahiş edirəm, bu məsələnin Nazirlər Kabinetinin hansı qərarı ilə tənzimləndiyini qeyd edərdiniz. Çox sağ olun.
Ceyhun Dövlətov
Cavab: Jurnalın ötən saylarında qeyd olunan sualla bağlı çoxlu açıqlamalar vermişik. Bildirim ki, Nazirlər Kabinetinin belə bir qərarı yoxdur. Bu məsələ Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə 114. Əsas məzuniyyət və onun müddətləri
1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.
2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə vəmütəxəssislərinə;
Məcəllənin bu maddəsindən də aydın olur ki, siz işçilərinizə ən azı 21 gün əmək məzuniyyəti verməlisiniz.Amma 21 gündən çox da verə bilərsiniz. Bu maddənin ardında 30 gün məzuniyyət verilən işçilərin siyahısı var. Sizin icarə agentinizi mütəxəssiz kimi qəbul etmək olmaz. Ona görə də ona əmək məzuniyyətini ən azı 21 gün, ən çoxu 30 günə kimi vermək olar.Yaxşı olardı ki, 21 gün əmək məzuniyyəti verəsiniz.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın