Əsas vəsaitə amortizasiya ayırması hesablanmasını ilə bağlı aktual sual

Əsas vəsaitə amortizasiya ayırması hesablanmasını ilə bağlı aktual sual

2012-ci ilin əvvəlinə əsas vəsaitin qalıq dəyəri 29 000 manat təşkil edir və müəsisə dövr ərzində (yəni may ayında) 25 000 manatlıq əsas vəsait alıb və sonra hec bir dəyişiklik baş verməyib. Mən amortizasiyanı necə hesablamalıyam?

Sual: - Müəsisəyə ilin ortasında əsas vəsait daxil olursa, ona amortizasiya ayırmaları daxil oldugu aydan hesablanmalıdır, yoxsa hesablama umumu ilə düşən norma şəklində aparılmalıdır? Sualımı daha konkretləşdirim: 2012-ci ilin əvvəlinə əsas vəsaitin qalıq dəyəri 29 000 manat təşkil edir və müəsisə dövr ərzində (yəni may ayında) 25 000 manatlıq əsas vəsait alıb və sonra hec bir dəyişiklik baş verməyib. Mən amortizasiyanı necə hesablamalıyam? Bu iki sualla bağlı daha ətraflı məlumat almaq üçün hər hansı mənbə məsləhət görsəydiniz şad olardım.

Cavab: - Sizin sualınızda qaranlıq məqamlar var. Əvvəla, amortizasiya ayırmalarının mühasibat uçotuna görə və yaxud vergi uçotuna görə hesablanılmasını göstərmirsiniz. Buna baxmayaraq müəyyən açıqlamalar təqdim edirik. Vergi uçotuna görə Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən, əsas vəsaitlərə amortizasiya azalan qalıq metodu ilə hesablanılır.Vergi Məcəlləsinə əsasən, əsas vəsaitlərin il ərzində hansı tarixdə alınmasına baxmayaraq, ilin sonuna olan qalıq dəyərini nəzərə almaqla amortizasiya hesablanılır. Tutaq ki, sizin təşkilatın balansında ancaq avadanlıqlar var və aldığınız 25 000 manat da avadanlıqdır. Bu zaman 2012-ci il üçün amortizasiya 13500 manat (29000 + 25000 = 54000 manat x 25%) olacaq. Baxmayaraq ki, may ayında əsas vəsait almısınız, amma amortizasiya tam hesablanılır. Amma mühasibat uçotunda bir az başqadır. Bu 7 saylı Milli Mühasibat Uçotu Standartına əsasən müəyyənləşdirilir. Həmin standarta əsasən, 3 formada amortizasiya metodu var. Standartın 47-ci maddəsini təqdim edirik: 47. Amortizasiya, aktivin istismara verilildiyi andan başlayaraq hesablanır, yəni muəssisə rəhbərliyi tərəfindən həmin aktivin muəyyən edilmiş qaydada işləməsi ucun zəruri olan məkan və vəziyyətə gətirildiyi andan və bu aktivin faktiki istifadəsindən asılı olmayaraq hesablanmağa başlamalıdır. Maddədən tam aydın olur ki, əsas vəsait istismara verilən kimi amortizasiya hesablınılmalıdır. Düz xətt metoduna əsasən, siz həmin 25000 manatı 12 aya bölməklə bir ayın amortizasiyasını tapırsınız və 8 ayın (may-dekabr) amortizasiyasını hesablayıb xərcə salırsınız. Azalan qalıq metodu Vergi Məcəlləsində olduğu kimidir. Maşın saatı metodu isə faktiki istimar olunan saata görə hesablanılır.

 “Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər