Növbəli iş rejimi ilə bağlı maraqlı sual
Jurnalın eksperti Altay Cəfərov "Doğru Cavab" rubrikasında sualı cavablandırıb
Sual: - Salam. Gözətçilərin iş rejimi ilə bağlı məlumat verməyinizi xahiş edirəm. Hazırda işlədiyim müəssisənin mühafizə idarəsi ilə müqaviləsi var. Müqaviləyə əsasən, idarənin nümayəndəsi saat 10:00-dan 17:30-dək obyekti mühafizə edir. Bundan əlavə, müəssisəmiz əlavə 2 gözətçi də işə götürmək istəyir ki, axşam və gecə növbəsində işləsinlər. Bu halda 2 gözətçinin iş rejimi necə tənzimlənməlidir? Qeyd edim ki, obyekt həftənin 7 günü qorunmalıdır.
Vüsalə Rzayeva
Cavab: - Sizin sualınızda qaldırdığınız məsələ bir az çətindir. Yəni, 2 nəfər işçi üçün çıxış yolu çətindir. Belə ki, 10:00-dan 17.30-a kimi 7:30 saatdır və 17.30-dan növbəti gün, saat 10.00-a 16:30 saat qalır. Bu da həftədə 115,5 saat (16,5 saatı x 7 gün) edir. Bunu 2 gözətçi arasında bölsək, onda hərəsinə 57,75 saat (115,5 / 2) düşür. Gördüyünüz kimi bu da həftəlik 40 saat normasından çoxdur. Odur ki, belə olan halda Əmək Məcəlləsinin tələblərini və işçilərin hüquqlarını pozmuş oluruq. Ona görə də hökmən işə 2 yox, 3 nəfər gözətçi qəbul olunmalıdır. Məsələn, birinci gün saat 17:30-dan növbəti gün saat 10:00 kimi bir gözətçi işləsin və bu olur 16,5 saat, çıxılsın 1 saat (yemək vaxtı), qalır 15,5 saat. Növbəti gün ikinci, sonrakı gün isə üçüncü gözətçi işləsin. Bu minvalla bir gözətçi iki həftə ərzində 5 dəfə növbədə olacaq. Və cəmi işlədiyi saatlar 77,5 saat (15,5 x 5 növbə) edəcək. Bir həftədə isə 38,75 saat (77, 5/ 2) çalışacaq. Bu halda Əmək Məcəlləsinin tələbləri pozulmur.
Yalnız belə olan halda işçi istirahətini edir və normal işləyir.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın