“Orta əməkhaqqı”nın “orta aylıq əməkhaqqı”dan fərqinin misalla izahı

“Orta əməkhaqqı”nın “orta aylıq əməkhaqqı”dan fərqinin misalla izahı

Sərbəst auditor Altay Cəfərov "Doğru cavab" rubrikasında izah edir

Sual: "Orta əməkhaqqı" və "orta ayliq əməkhaqqı" anlayışları arasında fərq var? Varsa, zəhmət olmasa, hesablanma qaydasini misalla izah edərdiniz.
Leyla Baxşalıyeva

Cavab: Çox maraqlı sualdır. İlk baxışdan "orta aylıq əməkhaqqı" ilə "orta əməkhaqqı" eyni anlayış kimi görünür. Amma belə deyil. Belə ki, “orta əməkhaqqı” ilə “orta aylıq əməkhaqqı” tamam başqa anlayışlardır. Əmək Məcəlləsində “əməkhaqqı”, “orta aylıq əməkhaqqı” və  “orta əməkhaqqı” anlayışları var. Əvvəl baxaq görək, əməkhaqqı nədir?
Maddə 154. Əməkhaqqı
1. Əməkhaqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Deməli maddədən aydın olur ki, əməkhaqqı həm aylıq və həm gündəlik ola bilər.
Maddə 140. Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
3. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır.

Yuxardakı maddənin 3-cü bəndində orta aylıq əməkhaqqı hesablanılması haqqında məlumat verilib. Bu, məzuniyyətlərin hesablanılmasında istifadə olunan haldır. Deməil adından da görünür ki, orta aylıq əməkhaqqı gündəlik yox, bir neçə ayın ortalama əməkhıqqıdır. Əməkhaqqının açıqlanmasında bildirmişdim ki, əməkhaqqı həm gündəlik, həm də aylıq ola bilər. Artıq orta aylıq əməkhaqqı gündəlik yox, bir ayın əməkhaqqıdır.
Orta əməkhaqqı haqqında Məcəllənin 177-ci maddəsində yazılıb:

Maddə 177. Orta əməkhaqqı və onun hesablanması qaydası
1. Orta əməkhaqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Maddədən də aydın olur ki, orta əməkhaqqı, orta aylıq əməkhaqqı deyil. Və onun hesabalanılması tamam başqadır. Misal üçün bizə iyun, iyul, avqust  aylarının əməkhaqqıları verilibsə, bu zaman orta əməkhaqqını hesablaya bilərik.
İyun  -  250 manat
İyul  -  300 manat
Avqust  -  320 manat

Bu halda orta aylıq əməkhaqqı belə tapılacaq: (250 + 300 + 320) / 3 ay = 290 manat.
Orta əməkhaqqını hesablamaq üçün son 2 ay götürülür və orada olan iş günləri tapılır. Tutaq ki, iyul ayında 24 iş günü və avqust ayında 23 iş günü olub.
Əvvəlcə gündəlik əməkhaqqı tapılır: (300 + 320)  /  (24 + 23) = 13,19.
Nəzərə alaq ki, sentyabr ayında 21 iş günü var. Onda orta əməkhaqqı belə hesablanacaq: 13,19 x 21  = 276,99 manat.
"Orta aylıq əməkhaqqı" anlayışı bir neçə ayın orta əməkhaqqını ifadə etmək üçün nəzərdə tutulur, orta əmək haqqı is konkret müddət üçün hesablanılır.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

2 Komment

  1. Elçin 19 Yanvar 2021

    Men burdan heç ne başa düşe bilmedim loru dilde başa sala bilecek biri varmı?

  2. İlham 23 İyul 2022

    Əgər işçi ezamiyyətdə olarkən orta əmək haqqı saxlanılması üçün hesablanmış məbləğ tarif maaşından az olarsa nə etməli

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər