ƏDV-lə bağlı maraqlı sualı jurnalımızın eksperti cavablandırdı

ƏDV-lə bağlı maraqlı sualı jurnalımızın eksperti cavablandırdı

Kim haqlıdır: Sadələşdirilmiş yoxsa ƏDV ödəyicisi

Sual: Hörmətli, Altay müəllim! Mən vergi sahəsində artıq 2 ildir ki, işləyirəm. Şahidi olmuşam ki, bəzi mübahisəli sualları vergi  işçiləri cavablandıra bilmirlər. Sualım belədir: Mən ƏDV ödəyicisiyəm və sadələşdirilmiş vergi ödəyicisinə mal satıram. O məndən tələb edir ki, mən ona vergi hesab-faktura (VHF) yazmayım. Mən də vergi məcəlləsinin 176.1 maddəsinə əsaslanaraq, ona bildirirəm ki, mən VHF yazmalıyam. O isə Vergi Məcəlləsinin 176.4 maddəsinə əsaslanaraq, məndən çek tələb edir və VHF istəmir. Xahiş edirəm, bu suala aydınlıq gətirəsiniz.
Hörmətlə, Orxan Məmmədov

Cavab: Sulalla bağlı "Əlavə Dəyər Vergisi:  A-dan Z-yə" kitabında geniş açıqlama vermişəm. Yenə birlikdə həmin maddələrə nəzər yetirək.
 176.1. Bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə,  ƏDV-nin  ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat  aparan şəxs malları,  işləri və ya xidmətləri qəbul edən şəxsə elektron  vergi hesab-fakturasını verməyə  borcludur.
 176.4. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal  göndərildikdə və ya  xidmət göstərildikdə, elektron vergi hesab- fakturası əvəzinə qəbz və ya çek verilə bilər.

Deməli, 176.1.-ci maddəyə əsasən, istənilən ƏDV ödəyicisi mallara, işlərə və xidmətlərə görə qarşı tərəfə elektron VHF təqdim etməlidir. Yəni, təqdim etməyə borcludur. Amma orada yazılıb ki, 176.4.-cü maddənin şərtləri nəzərə alınmaqla. 176.4.-cü maddədə isə yazılır ki, ƏDV ödəyicisi olmayan şəxslərə elektron VHF verməyə də bilərlər.
Ona görə ƏDV ödəyicisi olmayan şəxlər (məsələn, sadələşdirilmiş vergi ödəyicisi) onsuz da ödədiyi ƏDV-ni  əvəzləşdirilə bilmir. Odur ki, onlara elektron VHF təqdim etməyə ehtiyac yoxdur.
Bu halda ƏDV ödəyicisi olmayan şəxslərə, əgər istəməsələr elektron VHF təqdim etməyə bilərsiniz. Ən əsası odur ki, VHF-nın təqdim olunmamasına və ya da gec təqdim olunmasına görə heç bir cərimə və  ya maliyyə sanksiyası tətdiq olunmur.
Məsləhət bilərdim ki, hər bir ƏDV ödəyicisi ondan mallar, işlər və xidmətləri alan şəxs haqqında məlumatları varsa (VÖEN-i bilirsə), qarşı tərəfin istəyindən asılı olmayaraq ona elektron VHF-i onlayn formada təqdim etsin. Siz öz öhdəliyinizi yerinə yetirmisiniz. Misal üçün ola bilər ki, sadələşdirilmiş vergi ödəyicisi sonradan ƏDV-si ödəyicisi olsun və bu zaman onun qalıqda malları varsa, onları satan zamanı 159.7.-ci maddəni tədbiq etsin. Əgər siz ona  elektron VHF təqdim etməmişsinizsə, onda o, 159.7.-ci maddəni tədbiq edə bilməyəcək və  deyəcək ki, bu, sizin günahınız üzündən olub. Əlbəttə ki, burada qanun pozuntusu yoxdur və heç bir maliyyə sanksiyasında söhbət gedə bilməz, sadəcə, öhdəliyinizi tam yerinə yetirin.

 “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər