Əmək kitabçası ilə bağlı maraqlı sual

Əmək kitabçası ilə bağlı maraqlı sual

"Monitor Konsaltinq" jurnalının eksperti Altay Cəfərov "Doğru cavab" rubrikasında bu sualı cavablandırıb

Sual: - Sualim əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədardır. Əmək Məcəlləsinə görə, işçi başqa yerdə əmək müqaviləsi bağladıqda, onunla bağlanmış əmək müqaviləsinə işəgötürən ərizədə göstərilmiş gündə xitam verməlidir. Həmçinin, Əmək Məcəlləsinə görə, işçi istisna halları çıxılmaq şərti ilə əmək müqaviləsi bağlanarkən mütləq əmək kitabçasını təqdim etməlidir.  Sualim belədir: Əmək kitabçası olmasa, bu halda başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq olarmı?

Qismət


Cavab: - Çox maraqlı sualdır. Praktikida hamı bundan istifadə edir, amma boşluğu görmürlər. Ona görə də sizə təşəkkür düşür. İlkin olaraq Məcəllədə uyğunsuzluğun olduğunu görürük. Əmək Məcəlləsinin 48-ci maddəsinin sualınıza aid olan hissəsini nəzərdən keçirək.
Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər
1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.

Belə  aydın olur ki, işə qəbul olunan işçi əmək müqaviləsi bağlananda əmək kitabçasını təqdim etməlidir. Amma yazılmayıb ki, əmək kitabçasını təqdim etməyəndə həmin işçi ilə əmək müqaviləsi bağlanıla bilməz. Həm bu maddədə, həm də digər maddələrdə belə bir məhdudiyyət yoxdur. Ona görə də istənilən bir işçinin əmək kitabçası köhnə iş yerində qalmışsa, yeni iş yerində kitabça təqdim etmədən əmək müqaviləsi bağlanıla bilər. Amma yeni iş yerində işəgötürənə məlumat verilməlidir ki, əmək kitabçası neçə gün müddətində təqdim olunacaq. İşçi köhnə iş yerinə ərizə ilə müraciət edir, Məcəllənin 69.3-cü maddəsi əsas gətirilərək əmək müqaviləsi ləğv edilir. Bu zaman dərhal əmək kitabçası geri qaytarılmalıdır.
Bunları bildirməklə məqsədimiz ondan ibarətdir ki, qanunvericilikdə boşluq olsa da, praktikada qeyd etdiyimiz formada həyata keçirilir.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər