Əmək məzuniyyətinin hesablanmasına dair maraqlı sual
Əgər işçi bir ilin əvvəlki 8 ayını öz hesabına, sonrakı 4 ayını müəssisənin hesabına işləyibsə, onun məzuniyyəti necə və nəyə əsasən hesablanmalıdır?
Sual: - Salam, Sizə belə bir sualım var. Əgər işçi bir ilin əvvəlki 8 ayını öz hesabına, sonrakı 4 ayını müəssisənin hesabına işləyibsə, onun məzuniyyəti necə və nəyə əsasən hesablanmalıdır?
Amalya
Cavab: - Bu tipli suallara əvvəlki saylarımızda cavablar vermişik. Bunun üçün Əmək Məcəlləsinin 140-cı maddəsinə nəzər yetirməliyik.
Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Maddənin birinci bəndində konkret yazılıb ki, son 12 ayın əməkhaqqı nəzərə alınmalıdır. Burada işçinin 12 işləyib-işləməməsi haqqında heç nə yazılmayıb. Yəni, son 12 ayda işçi müəyyən müddət işləyə də bilər və işləməyə də. Bütün hallarda son 12 ayın orta əməkhaqqı nəzərə alınmalıdır. Odur ki, son 12 ayın əməkhaqqı cəmlənməli və 12-yə bölünməlidir. Sizin halınızda 8 ay öz hesabınıza məzuniyyətdə olduğunuza görə, həmin 8 ay boş olacaq və 4 ayın əməkhaqqı cəmlənib, 12-yə bölünücək. Və formalaşan məbləğ 30,4-ə isə bölünüb məzuniyyət günlərinin sayına vurulacaq.
Maddənin ikinci bəndi isə başqa məsələ ilə bağlıdır. Bu bənd işçi birinci və sonrakı məzuniyyətlərdə 12 aydan az işləyib məzuniyyətə çıxarsa, tətbiq olunur. Sizin bildirdiyiniz 8 ay işləməyib, 4 ay işləmək bu hala aid deyil.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
2 Komment
ağahüseyn 13 Yanvar 2022
salam .belə bir sual məni narahat rdir.əgər idarənin rəisi 14 günlük əmək məzuniyyətinə çıxırsa onu əvəz edən şəxs ğz aldığı əmək haqqın yoxsa rəisin əmək haqqın almalıdır.raslaşdığımız bir problemdir.
Fəxridə 18 İyul 2022
Salam, əmək məzuniyyəti hesablanan zaman infilyasiya nəzərə alınırmi?
Şərh yazın