Şəxsi evdə sahibkarlıq fəaliyyəti məşğul olmağa icazə verilir?
Obyektə Kod alınması üçün hansı sənədlər təqdim edilməlidir?
Sual: Salam. Mən öz şəxsi evimdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Qanunvericilikdə buna icazə verilirmi?
Fəxrəddin Bağırov
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
Azərbaycan Respublikasının Konstitusiyası ilə fiziki şəxslərin qanunla qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olunmasına məhdudiyyət qoyulmamış və Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyət sahibkarlıq fəaliyyəti sayıldığından bu fəaliyyətlə məşğul olmaq fiziki şəxslər Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq müvafiq qaydada vergi uçotuna dayanmalıdırlar.
Eyni zamanda Siz vergi orqanında vergi uçotuna alınmaqla yanaşı təsərrüfat əməliyyatlarınızı həyata keçirməli olduğunuz təsərrüfat subyektiniz də uçota alınmalıdır. Bunun üçün tərəfinizdən həmin təsərrüfat subyektinin yerləşdiyi vergi orqanına “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” (mülkiyyət hüququnu təsdiq edən sənəd və icarə müqaviləsi əlavə edilməklə) ilə müraciət etməlidir. Vergi orqanı tərəfindən onun uçota alınmasını təsdiq edən və təsərrüfat subyektinin kodunu əks etdirən arayış verilir.
Fiziki şəxsin vergi öhdəliklərinə gəldikdə isə bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar vergi tutulan əməliyyatlarının həcmindən və istəklərindən asılı olaraq onu qane edən vergitutma sistemini seçərək sadələşdirilmiş verginin və ya gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər.
0 Komment
Şərh yazın