Sadələşdirlmiş vergi ödəyicisinin gəliri olmadıqda xərcləmələr edərsə...

Sadələşdirlmiş vergi ödəyicisinin gəliri olmadıqda xərcləmələr edərsə...

Vergi orqanından dəqiqləşdirmə ilə bağlı gələn kameral məktuba nə cavab verməli?
Salam! Şirkət sadələşmiş vergi ucotunda durub. Hələ ki, heç bir fəaliyyət göstərməyib. Şirkətin müdiri mobil nömrələri şirkətin adına alaraq öz cibinnən ödəyib və abunə haqqınıda eyni öz cibinnən ödəyir. 1 rüb üzrə hesabatı təqdim edəndən sonra kameral yoxlama aldım ki, abunə ödənişin ƏDV-si 20 manat məbləgində hesabatda öz əksini tapmayib və dəyişiklik edərək bəyənnaməni yenidən təqdim etmək lazimdır. Mən bu məbləği sadələşmiş vergi hesabatında harda qeyd eləməliyəm, mən onu boş formada göndərmişdim?
 
Sevinc Əliyeva
 
1) Məlum olduğu kimi, Vergi Məcəlləsinin 23.1-ci maddəsinə uyğun olaraq Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral vergi yoxlamalarını keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.
Vergi Məcəlləsinin 67.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinin xərcləri, işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri, mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər əlaqəli məlumatlar əsasında vergi orqanının kameral qaydada ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır.
Göründüyü kimi, kameral qaydada yoxlamanın aparılması zamanı vergi orqanları bəlli olan məlumatlar əsasında təqdim olunmuş bəyannamədə müəyyən dəqiqləşmələr aparmaq səlahiyyətindədir.
Onu da nzərəmizə çatdırırıq ki, hüquqi şəxs tərəfindən öz ehtiyaclarının ödənilməsi üçün digər şəxslərdən, o cümlədən öz təsisçisindən onlar arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq borc almalarına qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
Müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmaq şərti ilə haqq ödənilmədən borc olaraq alınmış vəsaitin qaytarılmasının borcu verən və alanın vergi öhdəliyinin yaranmasına səbəb olması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Təsisçi tərəfindən əvəzsiz olaraq (qaytarılmamaq şərti ilə) verilən vəsait onu alan hüquqi şəxsin gəlirinə aid edilir və bu gəlir gəliri alan hüquqi şəxsin tətbiq etdiyi vergitutma sisteminin xüsusiyyətləri nəzərə alınmaqla müvafiq vergilərə (mənfəət, sadələşdirilmiş) cəlb edilir.
Bununla belə, vergi ödəyicisi Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tələblərin əsasən vergi orqanına müraciətində müvafiq təsdiqedici sənədlər və izahatlar təqdim etməklə vergi orqanının hesablamalarının səhv olduğunu və öz göstəricilərinin dürüstlüyünü sübut edə bilər.
Müvafiq olaraq, Siz də mövqeyinizi sübut etmək üçün müraciətinizə uyğun olaraq uçotda olduğunuz vergi orqanına (Bakı şəhərində, Bakı şəhər Vergilər departameninin Bəyannamələr idarəsinə) müraciət edə bilərsiniz.
 
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər