İşçiyə son haqq-hesab ödənilməyibsə, bu səhvi düzəltmək olar?

İşçiyə son haqq-hesab ödənilməyibsə, bu səhvi düzəltmək olar?

"MK" jurnalının eksperti Altay Cəfərov bu maraqlı sualı cavablandırır

Sual: Salam Altay müəllim. Sizin «Əmək münasibətləri A-dan Z-yə» kitabını almışam, çox xoşuma gəlib. Xahiş edirəm aşağıdakı suala cavab verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
İşçi (əsas iş yeri bizim müəssisə deyil) 10 yanvar 2009-cu ildən öz ərizəsi ilə işdən çıxıb, əmr də verilib, lakin axırınci haqq-hesab edilməyib. Mən bu səhvi necə düzəldə bilərəm?  

Seva Əliyeva

Cavab: Sual Əmək Məcəlləsilə bağlı olduğundan Məcəlləyə nəzər yetirək:
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddə 83-dən görünür ki, işçinin əmək müqaviləsi ləğv olunanda həmin təşkilatdakı son iş günündə bütün son haqq-hesablar hesablanmalı və ödənilməlidir. Sizin halınızda bunlar yerinə yetirilməyibsə, artıq bu işçinin əmək hüquqlarının pozulmasıdır. İşçi hüquqlarının bərpası üçün məhkəməyə və Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər. Buna baxmayaraq siz yenidən bu son haqq-hesabı aparmalı və işçiyə ödəməlisiniz. Lakin bir məqamı nəzərinizə çatdırmaq istərdim ki, Dövlət Əmək Müfəttişliyinin yoxlamaları zamanı bu, mexaniki və ya riyazi səhv kimi qəbul edilmədiyindən cərimələr tətbiq olunacaq.

4 Komment

  1. Saida 18 İyul 2018

    salam isci 01.10.2016-tarixden isleyir.02.08.2017-31.08.2017 tarixden mezuniyyetde olub. Mezuniyyetin muddeti 30 gun. 18.07.2018-de isden azad olunur.son haqq hesabi ne qederdir.

  2. Saida 18 İyul 2018

    salam isci 01.10.2016-tarixden isleyir.02.08.2017-31.08.2017 tarixden mezuniyyetde olub. Mezuniyyetin muddeti 30 gun. 18.07.2018-de isden azad olunur.son haqq hesabi ne qederdir.

  3. ruhi 02 May 2019

    salam .İŞÇI 5 AY 10 GÜN İŞLƏYİB .Ona son haqq hesab düşürmü?

  4. Aqil 25 Noyabr 2020

    Salam.Necesiz ?Texnki işci 1 il isləyib.bu ilin iyulunda əmək məzuniyyətinə cxib.15.09.2020-ci il tarixdə işdən cxib.son haqhesab ödənilməsi barədə məlumat verersiz.önceden tesekkur edrem.0552486677

Şərh yazın

Xəbərlər