Hədiyyə kimi verilən əsas vəsaitlərə amortizasiya hesablanmalıdır?

Hədiyyə kimi verilən əsas vəsaitlərə amortizasiya hesablanmalıdır?

Amortizasiya ilə bağlı maraqlı yanaşma

Sual: Hörmətli vergi əməkdaşları mənim sualım aşağıdakı kimidir. Xahiş edirəm köməklik edir. Hər hansı bir dövlət ilə müqavilə bağlamışam. Həmin dövlət mənə müqaviləyə əsasən avadanlıqları hədiyyə verir. Mən həmin avadanlıqları balansa qəbul edib amortizasiya hesablaya bilərəm? Əgər amortizasiya hesablayıb gəlirdən çıxılan xərcə aid edirəmsə, həmin məbləği sair gəlir kimi götürməliyəm?

Elməddin Bəylərov,

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 114.6-cı maddəsinə uyğun olaraq amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:
əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.
Vergi Məcəlləsinin 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur
Eyni zamanda, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, Vergi Məcəlləsinin X fəslinə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir.
Göründüyü kimi, vergi ödəyicisi gəlir və xərclərinin düzgün aparılmasına görə məsuliyyət daşıyır və hər hansı gəlirlərin və xərclərin uçotu müvafiq qanunvericiliyə, yəni mövcud mühasibat uçotuna əsasən rəsmiləşməlidir.
Odur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən rəsmiləşdirilən və hüquqi şəxsin balansına qəbul olunan əsas vəsait amortizasiya oluna bilər.
Bununla belə xatırlatmaq istərdik ki, təmənnasız təqdim olunan aktivin dəyəri Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlir kimi qəbul olunaraq müvafiq qaydada mənfəət vergisinə cəlb olunmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

1 Komment

  1. Mahir 26 Avqust 2021

    Salam.Əgər bir hüquqi şəxs öz əsas vəsaitini əvəzsiz olaraq digər hüquqi şəxsə verirsə verən şəxsin hansı vergi öhdəliyi yaranır?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər