Əsas vəsaitlərin təmir xərci vergi qanunvericiliyi ilə necə tənzimlənir?
Sual: Müəssisə 2011-ci ildə 3000 manat zərər əldə etmiş və mənfəət vergisi bəyannaməsində əks etdirmişdir. 2011-ci ildə əsas vəsaitlərin 1-ci kateqoriyası üzrə 1 000 manat faktiki təmir xərci çəkilmişdir. Keçən ilin sonuna olan qalıq dəyərinə əsasən norma daxili hesablanmış təmir fondu 800 manat olmuşdur. Lakin müəssisə 2011-ci ildə 800 manat təmir xərcini gəlirdən çıxılan xərclərə sala bildiyi halda, cəmi 600 manat (200 manat az) xərcə salmış, qalan məbləğ mənfəət vergisi bəyannaməsində gələcək illərdə istifadə ediləcək (Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən) təmir fondu kimi qeyd etmişdir. Həmin məbləğdən 2012-ci ilin mənfəət vergisi (6 000 manat mənfəətolmuşdur) bəyannaməsində (faktiki çəkilən təmir xərci olduğu halda) gəlirdən çıxılan təmir xərci kimi istifadə etmək olarmı? Əgər istifadə olunarsa və 2011-ci ilin zərəri 2012-ci ilin mənfəətindən azaldılarsa vergilərin hesablanmasında hansı uyğunsuzluq yarana bilər? Xahiş edirəm sualı konkret olaraq cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm.
Əkrəm
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq Vergi Məcəlləsinin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır.
Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.
Məhdudlaşdırmadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) dəyərinin artmasına aid edilir.
Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrünə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir (Vergi Məcəlləsi, maddə 130.1).
Göstərilənlərə əsasən, qanunvericiliyə uyğun qaydada sənədləşdirilmiş məlumat əsasında təmir xərclərinin faktiki məbləği, bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduğu halda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxıla bilər və bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırıla bilər.
Göründüyü kimi, təmir xərclərinin faktiki məbləği Məcəlləsinin 115.1-ci maddəsi ilə müəyyənləşdirilən həddən az olduğu halda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır, məhdudlaşdırmadan artıq olan Qeyd olunanlarla bağlı əlavə məlumatın alınması üçün Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətinə müraciət edə bilərsiniz.məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) dəyərinin artmasına aid edilir.
Sorğunuzda qeyd olunan halda təmir xərclərinin faktiki məbləği müəyyənləşdirilən həddən çox olduğu üçün norma daxilində hesablanmış təmir xərci gəlirdən çıxılmalı, məhdudlaşdırmadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna əsas vəsaitin dəyərinin artmasına aid edilməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın