Vergilər Nazirliyinə maraqlı sual.. "Əks halda, belə deyilsə Vergi Məcəlləsinin 109-cu maddəsində onun yerini göstərin"

Vergilər Nazirliyinə maraqlı sual.. "Əks halda, belə deyilsə Vergi Məcəlləsinin 109-cu maddəsində onun yerini göstərin"

Sual: Salam. N adlı hüquqi şəxs il ərzində müəssisənin daimi işçiləri üçün, ayırdığı əmək haqqı fondundan (istehsalın (xidmətin) nəticələrindəki irəliləyişlərə görə), onlara bəzən aylıq, rüblük və illik mükafatlar təyin edir. Həmin mükafatlar ödənildiyi ayın əmək haqqı cədvəllərinə daxil edilir və birgə gəlir vergisi tutulur.
Əmək haqqı fondundan istehsalın (xidmətin) maliyyə nəticələrinə görə verilmiş bu mükafatlar illik maliyyə nəticələri hesablanıldıqda xərcə daxil edilirmi?
Məncə bu Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq bu gəlirin əldə edilməsi ilə bağlı olan xərcdir. Əks halda, belə deyilsə Vergi Məcəlləsinin 109-cu maddəsində onun yerini göstərin. Təşəkkür edirəm.
İrzaquliyev Cəmşid 
 
Cavab: Məlumunuz olduğu kimi, Vergi Məcəlləsinin 108-ci müddəalarına uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 13.2.34-cü maddəsinə əsasən muzdlu işləyən şəxs Vergi Məcəlləsinin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır.
Digər tərəfdən, Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu əmək haqqı adlanır.
Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına uyğun olaraq Əmək haqqının tərkibinə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsi olan tarif (vəzifə) maaşı, əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc (əmək haqqına əlavə), əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti (mükafat) daxildir.
Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mahiyyətinə görə görülən işlərə görə verilən mükafat bilavasitə hesabat dövründə gəlirin əldə olunması ilə çəkilən xərc deyil, işçini gələcək dövrlərdə stimullaşdırmaq məqsədi ilə edilən həvəsləndirici ödənişdir və bu səbəbdən qeyd olunan mükafatın Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılması istisna olunur.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər