Mağazada işləyən satıcı ilə rəsmiləşdirmə necə aparılmalıdır?

Mağazada işləyən satıcı ilə rəsmiləşdirmə necə aparılmalıdır?

"Doğru cavab" rubrikasında bu məsələyə aydınlıq gətirilir

Sual: - Salam. Mənim bir mağazam var. Mağazada iki nəfər çalışırıq: mən və satıcı. Satıcı ilə əmək müqavıləsi bağlamışam, onun əmək kitabçasına qeyd olunub, tibbi kitabça açılıb. Hər ay maaşı vaxtında verilir. Mağaza saat 9.00-da açılır, 18.00-da bağlanır, saat 13.30- dan 14.30-dək nahar fasiləsidir. Nahar zamanı mağaza bağlanır. Bazar günləri saat14.00-dək işləyirik. Mağazada qab-qacaq, qadın geyimləri, ətirlər  satılır. Əmək müfəttişi ilə aramızda mübahisə olub. Mənə deyir ki, sən qanunu pozmusan, səni cərimələyəcəyəm.  Sizcə, mən qanunu harda pozmuşam? Əvvəlcədən təşəkkür!
Fariz Bayramov

Cavab: - Əmək Müfəttişliyinin iradları düzgündür. Belə ki, işçi ilə əmək müqaviləsi bağlanılan zaman müqavilədə məcburi qeyd olunan şərtlərdən biri də işçiyə əmək şəraitinin təmin edilməsidir. Baxaq görək ki, Əmək Məcəlləsində əmək şəraiti haqqında nə yazılıb. Bu Məcəllənin 54-cü maddəsində öz əksini tapıb.
Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:
...........................................................................................................................................................
əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;
………………………………………………………………………………………………………….
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Maddədən görünür ki, işçi Məcəllədə göstərilmiş müddətdən artıq işləyə bilməz. Bu da ki, normal iş yerlərində gündəlik 8 saat, həftəlik 40 saatdan çox ola bilməz. İndi baxaq görək siz işçini həftəlik neçə saat işlədirsiniz. Gündəlik 9.00-dan 18.00-a kimi 8 saat. Aaltı gün tam 8 saatdan olanda 48 saat (8 * 6) edir. Bundan əlavə bazar günü də yarım iş günü - 4 saat. Siz işçini  həftə ərzində 52 saat əmək fəaliyyətinə cəlb edirsiniz. Və buradan da tam aydın olur ki, işçiyə normal formada, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək şəraitini təmin etmirsiniz. Bu hala İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub. Bu həmin Məcəllənin 54-cü maddəsi ilə tənzimlənir.
Маddə 54. Əməyin mühafizəsi qaydalarının pozulması
54.0. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:
54.0.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;
54.0.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;
54.0.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;
54.0.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsinə;
54.0.5. normal əmək və istirahət reciminə riayət edilməməsinə;
§ min manatdan iki min manatadək miqdarda cərimə edilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər