Doğum erkən olsa, ödənilmiş məzuniyyətin taleyi necə olacaq?

Doğum erkən olsa, ödənilmiş məzuniyyətin taleyi necə olacaq?

Sual: - Hamiləlik dövründə və doğumdan sonrakı dövrdə işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü, doğumdan sonra 56 təqvim günü) müddətinə ödənişli məzuniyyət verilir.  
Sualımı belədir: Doğum erkən - xəstəlik vərəqəsi açılan tarixdən 70 gün deyil,
məsələn 50 gün sonra baş verərsə 20 gün üçün hesablanmış məbləğ geri qaytarılmalıdırmı?

Cavab: - Sual çox maraqlı və aktualdır. Bu kimi hallar praktikada tez-tez rast gəlinir. Sadə  bir analoji misal gətirmək istərdim. İşçi əmək məzuniyyətindən tez qayıdanda təşkilat istifadə olunmamış məzuniyyətin haqqını ya geri alır, ya əməkhaqqıdan tutur, ya da sonradan həmin müddət qədər ona məzuniyyət verir. Burada da vəziyyət eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 189 saylı qərarından bir bəndi nəzərinizə çatdırmaq istərdim.

72. Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

116. Artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanın müraciətinə əsasən sığortaedən tərəfindən tutulur.

Deməli, işçinin analıq məzuniyyətinin hesablanılıb ödənilməsinə müddət qoyulmayıb. İşçiyə uşaq anadan olana kimi 70 gün və uşaq anadan olandan sonra isə 56 gün məzuniyyət verilir. Tutaq ki, təşkilat tərəfindən hesablşanılan vəsait DSMF  orqanları tərəfinlən ödənilib. Amma sonradan məlum olub ki, uşaq tez dünyaya gəlib. İşçi uşaq anadan olandan sonra 56 gün deyil, əvvəlki hesablanılmış tarixdən 20 gün tez işə çıxmalıdır. Artıq bu zaman işəgötürən məzuniyyətin hesablanılmasına məsuliyyət daşıdığından həmin 20 gün üçün məbləği onun əməkhaqqından tutumalır və DSMF orqanlarının hesabına ödəməlidir. Əlbəttə ki, bu barədə uçotda olduğu DSMF orqanlarına rəsmi məlumat verməlidir. Onlar da hansı addımların atılmalı olduğunu yazılı şəkildə bildirməlidirlər (rekvizitlər barədə).
 

0 Komment

    Şərh yazın

    Xəbərlər