Fiziki şəxs özünü və ya başqasını icraçı direktor təyin edə bilər?
Sual: -Salam hörmətli MKS kollektivi və Altay müəllim.
Daim yeniliklərlə dolu iş və biznes həyatında çox dəyətli fəaliyyətinizlə yanımızda olduğunuz üçün öncədən Sizə dərin təşəkkür edirəm. Xahiş edirəm ki, imkan daxilində mənim aşağıdakı suallarımı cavablandırardınız.
Fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu zaman davamlı fəaliyyəti təşkil etmək məqsədi ilə əmək müqaviləsi əsasında işçiləri işə cəlb edib. Bu halda:
1) Fiziki şəxs özu hər hansı rəhbər (məsələn, icraçı direktor) vəzifəyə özünü təyin etməlidirmi?
2) Fiziki şəxs əmək müqaviləsini sahibkar kimi, yoxsa rəhbər vəzifəli şəxs kimi imzalamalıdır?
3) İsçilərin əməkhaqqından qanunvericiliklə nəzərdə tutulmus vergiler tutulur, bəs sahibkar kimi fiziki şəksin gəlirindən hansı vergilər hesablanmalıdır? Bu halda vergiler müəssisələrə şamil olunan kmi hesablanmalıdır, yoxsa işçilərdən tutulan vergilərdən əlavə fiziki şəxs özündən də sahibkar kimi vergi hesablamalıdır?
Bəlkə də bu sualları daha qısa ifadə etmək mümkün idi. Aydın izah etmək üçün uzun yazmağa məcbur oldum.
Emil Əsədov
Cavab: - Bəli, hər bir fiziki şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra işə işçilər qəbul edə bilər. Bu zaman onun özünü icraçı direktor və ya direktor kimi qeyd etməyi və həmçinin, təyin etməyi məntiqlə və qanunla düzgün deyil. Belə ki, Əmək Məcəlləsinin 4-cü maddəsində də yazılıb.
3. İşəgötürən —tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və yaonun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
Yəni, fiziki şəxs sahibkar özü işəgötürən kimi əmək müqavilələrini imzalayır. Amma kənardan əlavə işçi kimi icraçı direktor təyin edə və ona əmək müqavilələrinin bağlanılması səlahiyyətləri verə bilər.
Fiziki şəxs sahibkarlar hüquqi şəxslər kimi işçilərinin əməkhaqqından gəlir vergisini şkalaya əsasən hesablayırlar. Fiziki şəxs sahibkarlar da ƏDV-ni hüquqi şəxslər kimi ödəyirlər. Fiziki şəxs sahibkarlar öz gəlirlərindən gəlir vergisini, hüquqi şəxslər isə mənfəət vergisini ödəyirlər. Həmçinin, işçilər üçün sosial sığorta ödənişləri eynidir. Fiziki şəxs sahibkar özü üçün ayrica hesabat təqdim edir və başqa məbləğ ödəyir.
2 Komment
Məsud 21 Avqust 2020
Salam.Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə digər şəxslərdən sərmayə cəlb etmək istəyir.Məlum olduğu kimi bu hüquqi şəxslərdə nizamnamə əsasında qoyulmuş paylara əsasən həll edilir.Bilmək istəyirəm ki,sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə bu hal necə rəsmiləşdirilir.Əvvəlcədən təşəkkür edirəm
Tünzalə 11 May 2022
Rəsmi sertifikat vermək üçün fiziki sahibkar kimi qeydiyyatdan keçmək kifayətdir mi?
Şərh yazın