İş vaxtının cəmlənmiş uçotu nədir?

İş vaxtının cəmlənmiş uçotu nədir?

Sual: - Əmək Məcəlləsinin 96-cı maddəsində “iş vaxtının cəmlənmiş uçotu” dedikdə, nəyin nəzərdə tutulduğu mənə tam aydın deyil. Zəhmət olmasa, bunun açlqlamasını verərdiniz.

Fidan

Cavab: - İlk baxışdan bi ifadə bu anlaşılmaz və çətin başa düşülən təsiri bağışlayır. Amma əslində, belə deyil. Əmək Məcəlləsinin 102-ci maddəsinı nəzər yetirək:
Maddə 102. İş vaxtının uçotu

1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

Bu maddə tabel uçotuna aiddir. Hər bir işçi üçün iş vaxtının uşotu aparılmalıdır. Məcəllənin 96-cı maddəsində isə yazılıb:

Maddə 96. İş vaxtının cəmlənmiş uçotu
1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının recimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

Artıq burada müəyyən dövr ərzində iş vaxtının uçotunun aparılması nəzərdə tutulur. Tutaq ki, gündəlik 8 saat, həftəlik 40 saat olmaqla, bir il ərzində neçə iş saatı var. Və yaxud da bu, 6 ay üçün hesablanıla bilər. Müəyyən hesablamalar aparmaq üçün isə illik cəmi iş saatlarının hesablanılması lazım gəlir.

2 Komment

  1. Elsevər 29 İyul 2020

    Salam her ayın 15-si ise cixiram.gelen ayın 15-is baxdım bitir.her 15-gune gore bir butov emekhaqqi alıram.mesele.martin 15-si ise çıxdım gemiye aprelin 15-dusmeliydim gemiden.karona karantin olduğuna gore novbe deyisikliyi olmadı.mayin 15-ne qeder isledik.aprel ayı bütöv islediyime göre iki muas almalıydım.15-gunun emekhaqqisini verdiler.15-30-na olan emek haqqisini vermediler.dediler iki emek haqqı bir yerde verilmesine 96-ci madde icaze vermir.hemin müasi saxladılar iyul ayında verdiler.bu düzgündürmü.96-ci maddede men bele cumleye rast gelmirem.aciqlamanizi xaiş edirem.

  2. Taleh 16 Noyabr 2022

    Salam. Aydın izahat verdiyinizə görə öncədən təşəkkürümüzü bildiririk. Sual: Əgər bir müəssisə üzrə gözətçilər sutkalıq (24 saat, istirahət edərək, mütəmadi nəzarət aparmaq) iş rejimi üzrə çalışırsa və onların həftəlik iş saatı norması 40 saatdan artıq deyilsə ( İşçi sayı çoxdur və död gündən bir işə çıxılır) və iş şəraiti yüngüldürsə (yəni onlar üçün otaq və lazımı şərit yaradılıbsa), bu halda biz bunu işçilərin öz xahişi ilə kollektiv müqavilə ilə qanuniləşdirə və tənzimləyə bilərik mi?

Şərh yazın