İşçinin ali təhsil xərclərini ödəyən işəgötürənin onun qarşısında şərtlər qoyması qanunvericiliklə düzdür?
Sual: İşçi işəgötürən tərəfindən magistr dərəcəsi almaq üçün xarici ölkəyə göndərilib və buna görə təhsil haqqı ödənilib. İşçiylə işəgötürən arasında təhsil haqqında müqavilə imzalanıb. Müqavilədə qeyd olunub ki, ya işçi təhsilini başa vurduqdan sonra 2 il həmin təşkilatda işləməli, ya da ödənilmiş təhsil xərclərini geri qaytarmalıdır. Bu, işçinin əmək hüququnun məhdudlaşdırılması demək deyilmi? Əmək Məcəlləsinə və Konstitusiyaya görə, məcburi əmək qadağandır. Ümumiyyətlə, işəgötürən işçinin razılığı ilə belə bir müqavilə bağlaya bilərmi? İşçinin işdən çıxması və təhsil aldıqdan sonra yenidən həmin təşkilatda işə qəbul olunması necə və hansı formada həyata keçirilir? Əmək Məcəlləsində bunu tənzimləyəcək bir norma varmı? Xahiş edirəm bu məsələrin qanunvericiliklə hansı formada tənzimlənməsi barədə ətraflı məlumat verəsiniz. Öncədən təşəkkür edirəm...
Vügar Heydərov
Cavab: Sualınızda toxunduğunuz məcburi əmək anlayışının bəhs etdiyiniz məsələyə aidiyyatı yoxdur. Əmək Məcəlləsinin 43-cü maddəsində əmək müqaviləsində mütləq tələb olunan şərtlər göstərilib. Həmin şərtlərdən biri də işçi və işəgötürənin öhdəlikləridir. Bu şərtlər daxilində işçi ilə işəgötürən əmək müqaviləsində sizin qeyd etdiyiniz şərti qoya bilərlər. Əlbəttə ki, bunu əmək müqaviləsi bağlamamışdan əvvəl düşünmək lazımdır. Əmək müqaviləsi bağlandıqdan sonra işçinin 2 illik təhsil alması müddətində onun əmək müqaviləsi ləğv olunmur.
1 Komment
Zaur 28 Sentyabr 2019
İşçı iş yerinde saxlanılmaqla nece tehsil ala biler??
Şərh yazın