Restoran və şadlıq evlərində işləyənlərlə münasibətlər necə rəsmiləşdirilməlidir?
“Doğru cavab” rubrikasından
Sual: - Hörmətli “Monitor Konsaltinq” jurnalının əməkdaşları! Sizdən suallarımı mümkün qədər tez cavablandırmağı xahiş edirəm. Mən restoran və şadlıq evlərinin mühasıbatlığını aparıram və çox cətinliklərlə qarşılaşıram . Məsələ belədir: ayda 10 və ya 5 toy olur. Toydan-toya əlavə işçilər dəvət edirik. Onları necə rəsmiləşdirək kı, gələn yoxlamalar bizə nöqsan tutmasın.
Əvvəlcədən təşəkkür edirəm.
Gülnarə Rzayeva
Cavab: Bu elə də çətin məsələ deyil. Siz bu halda fiziki şəxsləri həm əmək müqaviləsi, həm də mülki–hüquqi müqavilə ilə işə qəbul edə bilərsiniz. Belə ki, fiziki şəxslə əmək müqaviləsi bağlayan zaman orada iki mühüm məqama diqqət yetirməlisiniz. Birincisi, işçinin iş vaxtı, ikincisi isə əməkhaqqı məsələsidir. Yəni, əmək müqaviləsində qeyd olunsun ki, işçi hər toy zamanı ona verilən əmək funksiyalarına görə saat hesabı ilə nə qədər əməkhaqqı alacaq. Bundan əlavə, işçi həftədə neçə gun və neçə saat işləyəcək və iş saatları tabel əsasında müəyyənləşdiriləcək.
İkinci variant mülki-hüquqi müqavilə ilə rəsmiləşdirmədir. Siz fiziki şəxslə xidmət müqaviləsi bağlayırsınız və onun VÖEN-nin olmasına ehtiyac yoxdur. Müqavilədə hər saat üçün nə qədər məbləğin ödənilməsi qeyd olunmalıdır. Sonda əmələ gələn vəsaiti ödəyən zaman 14% gəlir vergisi və 25% məcburi sosial sığorta tutulub ödənilməlidir. Məsələn, əmək haqqı 100 manatdırsa, ondan 39 manat tutulur və fiziki şəxsə 61 manat ödənilir.
0 Komment
Şərh yazın