Qanunvericilikdə töhmət məsələsi necə tənzimlənir?
Sual: İşçinin intizam məsuliyyətinə cəlb olunmasının hansı hüquqi aspektləri vardır? Eyni zamanda intizam tənbehi verilən gündən sonra nə qədər müddət qüvvədə qalır ?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər.
Belə hallarda işəgötürən kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, işçini aylıq əmək haqqının 1/4 -i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, yaxud əmək müqaviləsini Əmək məclləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək hüququna da malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.3-ci maddəsinə əsasən İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İntizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq da edilə bilər. Lakin xəbərdarlıq intizam tənbehi sayılmır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.4-ci maddəsinə əsasən İşə götürənin özünün intizam məsuliyyətinə cəlb edilməsi isə onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əsasən İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188.2-ci maddəsinə əsasən Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürənin işçilərə intizam tənbehi vermək səlahiyyətini əmr (sərəncamı, qərar) əsasında özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə etmək hüququ var. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189.1-ci və 189.2-ci maddəsinə əsasən Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 190.2-ci maddəsinə əsasən İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa, işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri ( sərəncamı, qərarı) ilə ləğv edə bilər.
12 Komment
Sevinc 27 Oktyabr 2019
Salam.Tohmet emek kitabchasina qeyd edilirmi?Eger ozel shirketde tohmet almishamsa, dovlet ishine kechdiyim zaman bunun menfi tesiri ola bilermi?
Nelli 20 Fevral 2020
Salam.Tohmet emek kitabchasina qeyd edilirmi? Ishden chixdigi zamani tohmet varsa,o hemishelik emek kitabchasinda galir? Tohmet varsa, temiz xasiyyetnameni nece almaq olar?
Orxan ceferov 15 Sentyabr 2020
Salam 2020 ci il fevral ayinda tohmet alaraq asagi vezifeye verilmisem tohmetuddeti bitdikden sonra daha birntohmet verilib lakin bu defe asagi vezifeye verilmemisem etni vezifede qalmisam 2 ci tohmet ise Yeni ise yeni vezifeye kecisim.oldugu erefede verildi ve yeni ise kecidim dayandirildi Bele olan halda tesekkurname mukafat alaraq verilmis tohmetin legvine ve yeni ise kecidimde problem olacaqmi? Yoxsa mesele hellini tapmis olacaqmi? Onceden tesekkurler
Ceyhun 17 Mart 2021
Salam men bilmek isteyirem ki, son xeberdarligla verilen siddetli töhmet nece ay quvvede ola biler emek mecellesine esasen.
Rafiq 26 Aprel 2021
30 ildir eyni təşkilatda çalışıram və bu müddət ərzində heç bir xəbərdarlıq və ya töhmət almamışam. Lakin indi kiçik bir nöqsan səbəbi ilə rəhbərlik tərəfindən töhmət verilmişdir. Bu hansı qanuna uyğundur? Verilə bilər mi?
Natiq 11 May 2022
Salam 2 ildir bir ozəl sirkətdə calisiram hec bir tohmetim ya xəbərdarliqim olmayib adi bir şeye gore tohmet almisam bu tohmet emek kitabçamda yazilacaqmi ve bu ne derecede duzgundu bu tohmetin yazilmayi hec bir xeberdarliq olmadan
Kərimova Gülnarə 22 İyun 2022
Salam. işçilərin ümumi mükafatlandırılması zaman inzibati tənbeh almış işçiyə mükafat şamil olunur?
[email protected] 05 İyul 2022
Salam İşdən xebedar olunmadan çıxarılmışam. Sebebde,satış olmaması dövriyyənin qalxmaması. Məndən asılı olmayam veziyyetdir. Men hara ve nece muraciet edim?
İlhamə 14 Avqust 2022
Salam məni işlədiyim təşkilat əmək məcəlləsinin maddə 72 in ç bəndi ilə işdən çıxardıb bilmek istiyirem bu maddənin mudeti ne vaxta kimidi ve mən ayrı təşkilat ise girə bilerem
Həsən 28 Sentyabr 2022
Salam. Narahat etdiyim üçün üzürlü sayın. Sualım belədir ki əgər tənbeh verilibsə, bir müddət sonra işçi başqa yollarla bu barədə xəbər tutub. birbaşa məlumat verilməyib və bu əmrə imza edilməyibsə bu nə qədər qanunidir.
[email protected] 28 Noyabr 2022
Salam.Men dovlet qurumunda islayirem..Mene May ayinin 4-de rehberlik terefinden sonuncu xeberdarliqla siddetli tohmet verilmisdir..Cox tessuf ki,25.11.2022 tarixinde abonentle aramda biraz prablem oldu..O da öz sikayetini ve,iradini bizim müdire bildirdi..Menden de,bizim müdir terefinden İzahatim alindi..Men bilmek istayirem ki,isden azad eda bilerler meni yoxsa,tohmet vera bilerler..Men bildiyime gore tohmetin müddeti 6 aydir,ve tohmetin vaxti 6 ay tamam olub..Xais edirem bir cavab bildiresiniz,öz meslehetinizi verasiniz..Goren menim isim neca olacaq?? İsde qalacam yoxsa yox
Əziz 20 Yanvar 2023
Salam, Man 6 ildirki satış sektorunda calisiram.3 ay bundan avval mene siddatli tohmat verilib.isladiyim illar erzinde hecvaxt xabardarliq ve tohmat almamisam.(qeyd olunandan basqa) Rahbarlik indi mana isden azad olmaqim üçün erizeye imza cakmayimi teleb edir.sebebini sorusuram deyirki 3 ay qabaq sana verilen şiddetli tohmet qararini sehv vermisik,eslinde isden cixartmali idik. Sizce bu verilen qerar duzdur? Tesekkur edirəm
Şərh yazın