Sahibkarlıqla məşğul olan şəxsin qeyri-sahibkarlıq gəliri ola bilərmi?

Sahibkarlıqla məşğul olan şəxsin qeyri-sahibkarlıq gəliri ola bilərmi?

Qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlir dedikdə, nə başa düşülür?

Sual: Vergi Məcəlləsinə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlir anlayışı daxil edilib. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlir dedikdə, nə başa düşülür? Sahibkarlıqla məşğul olan şəxsin qeyri-sahibkarlıq gəliri ola bilərmi?
 
Cavab: Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər Vergi Məcəllsinin 99-cu maddəsi ilə tənzimlənir.

Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir
99.3. Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:
99.3.1. faiz gəliri;
99.3.2. dividend;
99.3.3. əmlakın icarəyə verilməsindən gəlir;
99.3.4. royalti;
99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla;
99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;
99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir(təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əmək haqqından başqa.
99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Təbii ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin həm də qeyri -sahibkarlıq fəaliyyəti ilə bağlı gəliri də ola bilər. Məsələn, sahibkar fiziki şəxs həm istehsalat sahəsində məhsul istehsal edib sata bilər, həm də obyektini icarəyə verə bilər.



 

0 Komment

    Şərh yazın

    Xəbərlər