Oğurlanmış əsas vəsait mühasibatlıqda necə əks olunur?
Sual: - Balans dəyəri 10000 manat, qalıq dəyəri isə 9000 manat olan əsas vəsait anbardar tərəfindən oğurlanıb. Həmin əsas vəsait alınanda 1800 manat ƏDV büdcə ilə əvəzləşdirilib. Sonradan oğurlanmış əsas vəsaitin qalıq dəyərini anbardar ödəyib. Bu əməliyyatlar mühasibat uçotunda necə əks olunmalıdır?
Murad Quliyev
Cavab: Maraqlı sualdır. Sualdan görünür ki, müəssisədə iki əsas hadisə baş verib. Birincisi əsas vəsait oğurlanıb, ikincisi oğurlanmış vəsaitin dəyəri ödənilib. İlk növbədə Vergi Məcəlləsinin 159-cu maddəsinə nəzər yetirək.
159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
Maddədən görünür ki, fövqəladə hallardan başqa, malın itməsi, əksik gəlməsi, indiki halda oğurlanması artıq ƏDV-yə cəlb olunan əməliyyatdır. Yəni burada ilkin olaraq oğurlanmış əsas vəsaitin dəyərini ƏDV-yə cəlb etmək lazımdır. İkinci əməliyyat isə onun dəyərinin cavabdeh şəxs tərəfindən ödənilməsidir. Bunların mühasibat müxabirləşməsi aşağıdakı kimi olmalıdır.
DT KT Məbləğ Əməliyyatın adı
113 531 10.000 ƏDV-siz əsas vəsaitin alınması
241 531 1.800 18% ƏDV-si
531 223 10.000 Əsas vəsaitin dəyərinin ödənilməsi
531 223 1.800 ƏDV-nin ödənilməsi
521 241 1.800 ƏDV-nin əvəzləşdirilməsi
111 113 10.000 Əsas vəsaitin istismara verilməsi
202 112 1.000 amortizasiyanın hesablanması
611 111 10.000 əsas vəsaitin oğurlanması
611 521 1.800 ƏDV-nin hesablanması
112 611 1.000 amortizasiyanın silinməsi
245 611 9.000 qalıq dəyərinin anbardarın
cavabdehliyinə aid olunması
221 245 9.000 anbardan tərəfindən dəyərin ödənilməsi
0 Komment
Şərh yazın