Əmək müqaviləsinin olmamasına görə cərimənin hesablanmasında Vergi və Əmək Məcəllələri arasında ziddiyyət var?
Sual . Mənim bir sualıma aydınlıq gətirməyinizi xahiş edirəm. İnzibati Xətalar Məcəlləsinin 53.1 maddəsi ilə Vergi Məcəlləsinin 58.10 maddəsi arasindakı ziddiyəti necə aydınlaşdırmaq olar?
Araz Dönməzov
Cavab: Əvvəlcə oxucunun adını çəkdiyi maddələrə nəzər yetirək.
58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgömürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bu maddə Vergi Məcəlləsinə aiddir. Bu maliyyə sanksiyası imzalanmış fərmana əsasən, ancaq vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən tətbiq oluna bilər.
53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə —
vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.
Bu maddə isə İnzibati Xətalar Məcəlləsinə aiddir. Bu cərimə isə verilmiş fərmana əsasən, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən tətbiq oluna bilər.
Sadə şəkildə desək, vergi orqanlarının yoxlamaları zamanı işçinin müqaviləsiz işləməsi faktı aşkarlanarsa, onlar öz cərimələrini, Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən yoxlamalar zamanı belə hal üzə çıxarsa, onlar da öz cərimələrini tətbiq edirlər. Sadəcə bu nəzarətin gücləndirilmiş formasıdır və fikirləşirəm ki, burada heç bir ziddiyət yoxdur.
0 Komment
Şərh yazın