Amortizasiya ayırmalarının bir hissəsini növbəti ilin gəlirindən çıxmaq olar?
Sual: - Salam Vergi Məcəlləsinin 114.4 -cü maddəsndə göstərilən əsas vəsaitlərin amortizasiyasinda olan fəqin növbəti vergi illərində hesablama qaydası necə olur?
Elvin Həsənov
Cavab: - Məsləni arışdırmaq üçün Vergi Məcəlləsinin həmin maddəsinə baxaq.
114.4. Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.
Bu məsələ vergi ödəyiciləri və vergi orqanları arasında anlaşılmazlıq yaradan hallardandır. Bunu misal üzərində izah etmək istərdim.
Tutaq ki, təşkilat yanvar 2012-ci ildə 10000 manatlıq avadanlıq alıb. İlin sonunda amortizasiya ayırmaları hesablanılıb gəlirdən çıxılmalıdır. İlin sonunda həmin əsas vəsaitə hesablanan amortizasiya belə olacaq: 10000 * 25% = 2500 manat və avadalığın 01.01.2011-ci ilə qalıq dəyəri 10000 – 2500 = 7500 manat olacaq. Amma şirkət rəhbərliyi görür ki, 2500 manat amortizasiyanın hamısını xərcə salsa, onda ili zərərlə başa vuracaq. Ona görə qərara alır ki, 1000 manatı xərcə salsın, 1500 manatı isə ehtiyatda saxlasın. Sonradan 2011-ci ilin yekununa əsasən, aydın olur ki, şirkət mənfəətlə işləyib, qərara alınır ki, 2010-cu ildə olan ehtiyat amortizasiya 2011-ci ilin amortizasiyasına əlavə edilərək gəlirdən çıxılsın. Bu zaman hesablamalar aşağıdakı kimi olacaq:
7500 * 25% = 1875 manat (2011-ci ilin amortizasiyası)
2011-ci ildə xərcə salınan amortizasiya 3375 manat (1875 + 1500) olacaq.
Ümüdvaram ki, sualınızın cavabını tam izah edə bildim.
0 Komment
Şərh yazın